Baxmayın e adlarını heyvan qoyublar, lazım gələndə əməlli-başlı artistlik də edirlər. Məsələn, təhlükə hiss etdikləri zaman əlləri bütün qorunma üsullarından üzüləndə vururlar özlərini ölülüyə və ümid edirlər ki, bunlara xor baxan hücumçu biçarəni leş bilib baş qoşmayacaq.

Bu cəhətdən ən məşhur artistka Virciniya opossumudur. Canı yanmış elə məharətlə “ölür” ki, alimlər bu mənzərəni görüb məəttəl qalıblar və məhz bu hal üçün xüsusi ad da fikirləşiblər: tanatoz (yunan mifologiyasındakı ölüm Allahı Tanatosa ithafən).

Əvvəlcə opossum var gücüylə iti dişləri və öz aləmində qorxulu səslə özünü qorumağa cəhd göstərir. Görəndə ki, vecinə alan yoxdu bunu – sərələnib böyrü üstə qıc olur. Özü də belə naturalnıy meyit vidində: ağzı açıq, gözləri bağlı, nəfəs alması, demək olar ki, heç hiss olunmur, bütün əzələləri boşalmış, bonus kimi dilini də bayıra çıxarır. Bütün bu komplekti tamamlamaq üçün üfunətli maye də ifraz edir ki, dəqiq rəhmətlik vidi alsın.

O qədər rola girir ki, arada özü də öldüyünə inanır. Vəhşi heyvanın bu halda ondan dişdəm alma və ya caynaq atmaq cəhdlərinə də heç bir reaksiya vermir ki, “Allah haqqı ölüyəm”. Nəhayət, buna azuqə gözü ilə baxan da inanır ki, opossum rəhmətə gedib və əl çəkir ondan. Təsəvvür edin, opossum var gücüylə qaçır-qaçır və qəfildən yıxılır olur “meyit”. Vəhşi heyvanlar çox vaxt həm də bu mənzərədən şoka düşüb vaz keçirlər opossumu yeməkdən ki, bizə belə başdanxərəb yemək lazım deyil.

Obrazda olan bu balaca artistka hətta ondan əl çəkəndən sonra da həmin dəqiqə durub yoluna düzəlmir. Bu süni ölülük halından özünə gəlmək üçün ona bəzən 6 saatadək vaxt lazım olur. Yavaş-yavaş tərpənir, dirçəlir və durur gedir.

Alimlər bir xeylaq baş sındırıblar ki, bu, görəsən, niyə belə edir: qorxudan ya rola girir? Bu halında onun beyin fəaliyyətini öyrənəndə görüblər ki, özünü ölülüyə vuran opossumun beyni həmin an elə normal vaxtdakı kimi fəaliyyət göstərir. Artistlik etdiyi vaxt da tam özündə olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir