Çinin pandadan da nadir canlısı

Çinin ən nadir fauna əhli deyəndə ağlınıza ilk olaraq panda gəlir yəqin ki. Amma bu diyarın ondan da nadiri varmış. Adı da İli pika. Çox nadir hallarda gözə dəydiyinə görə el arasında “sehrli dovşan” da deyirlər.
İlk dəfə 1983-cü ildə ekoloq Li Veydunun gözünə sataşıb bu canlı. Bütün Çinə car çəkib ki, bəs “Uzun qulaqlı, 20 sm ölçülü, dovşankimilər dəstəsindən bir canlı tapmışam, muştuluğumu verin”. Özü deyib – özü eşidib. Ona görə də təqaüdə çıxandan sonra bütün asudə vaxtını İli pikanın axtarışına həsr edib. Könüllülər də ona qoşulub çoxlu sayda foto-tələlər quraşdırıblar.
Nəhayət 2014-cü ildə Çinin şimal-qərbindəki İli-Qazax muxtar vilayətində motuş yenidən obyektivə tuş gəlib.
İli pika 2800-4100 metr hündürlükdə yaşayır. Çindəki 1600 pandayla müqayisədə İli pikanım sayı daha azdır. 1990-ci illərdə Çində 2000 fərd yaşayırdısa, son 30 ildə onların sayı 70% azalıb. Əfsuslar olsun ki, bu say hələ də azalmağa doğru gedir. Çünki həm iqlim dəyişkənliyinə çox həssasdırlar, həm də insanların kənd təsərrüfatı sahələri o boyda hündürlükdə də biçarə pikaları dinc buraxmır.
Ümidimiz “Qırmızı Kitab”a, bir də pikasevərlərə qalıb.
Paylaş:

Çinin ən nadir fauna əhli deyəndə ağlınıza ilk olaraq panda gəlir yəqin ki. Amma bu diyarın ondan da nadiri varmış. Adı da İli pika. Çox nadir hallarda gözə dəydiyinə görə el arasında “sehrli dovşan” da deyirlər. İlk dəfə 1983-cü ildə ekoloq Li Veydunun gözünə sataşıb bu canlı. Bütün Çinə car çəkib ki, bəs “Uzun qulaqlı,…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir