Təlxək balıqları o Nemo haqqında cizgi filmində elə Nemo rolundakı balıq növüdür.

Bu balıqların ailələrində çox ciddi iyerarxiya mövcuddur. Bütün nəsli ər-arvad cütlüyü requlirovka edir. Məhz elə onlar da nəslin artırılmasına cavabdehdirlər. Ailənin digər üzvləri kişi xeylağları olur, çünki doğuşdan hamısının cinsi erkək olur. Spora duranda amma çevrilib qadın da olurlar. Özü də erkəklər ölçülərini elə tənzimləyirlər ki, nəbadə ailə başçısından daha gözəgəlimli və iri görsənələr. Bu yolverilməzdir. Əks halda, başçı erkək elə biləcək ki, bu naməhrəm qəsdən belə edib onun həyat yoldaşına meyl salmağı düşünür.

Erkək ailə başçısı akula-filanın altında qalıb ölsə onun yerini ailədən “zapas oyunçu” tutur. Özü də kişinin 40-ı çıxmamış ailədəki erkəklər qəfil başlayırlar böyüyüb gözəlləşməyə ki, ailə başçısının yerinə məhz onu seçsinlər. Seçim ediləndən sonra o birilərinin fısı yatır, yenə cılızlaşıb adiləşirlər.
Ən marağlısı isə ailənin xanımının başına bir iş gələndə olur. Həmin an onun həyat yoldaşı erkək tezbazar cinsini dəyişərək olur hallıca bir ev xanımı və öz yerini də verir ailənin ən ləyaxlı üzvünə. Yəni dünənə kimi 2 qardaş idilərsə, innən sonra ər-arvad olurlar. Nəmm vallah…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir