Canavara bənzər it növləri

Canavarlar haqqında filmlərə baxarkən nəzərə alın ki, arabir həriflənmək ehtimalınız da var. Çünki elə filmlər var ki, canavar roluna canavara bənzər it cinsinin nümayəndəsini çəkiblər. Belə daha rahatdır. İndi onlardan bəzilərini diqqətinizə təhvil verəcəm.
1. ALYASKA MALAMUTU
Lider, başçı xasiyyətli malamut öz sahibini heç vaxt darda qoymur, ona hər zaman sadiq qalır. Bir şərtlə ki, sahibinin ondan daha ağıllı, hiyləgər və güclü olduğuna əmin olsun. Digər it cinsləriylə də yola gedir, amma onları da öz qayda-qanunlarıyla yaşamağa məcbur edəcək.
2. UTONAQAN
1980-ci illərdə Edvin Harrison canavara bənzər, amma ev iti xasiyyətli cins yaratmaq eşqiylə Sibir haskisiylə Alyaska malamutunu və bir də alman ovçarkasını (çoban itini) həpstop edib utonaqanı yaradıb. Vətəni Böyük Britaniyada çox məşhur olsa da, indiyədək Beynəlxalq Kinoloqlar Federasiyası tərəfindən tanınmayıb.
3. QƏRBİ-SİBİR LAYKASI
İdeal ov itidir. Elə ona görə də qaban, ayı, sığın ovuna gedənlər bu laykaları özləriylə həmovçu qismində aparırlar. Hökmranlığa can atan və həmişə sürüdə lider mövqe tutmağa çalışacaq inadkar, müstəqil xasiyyətli bir itdir. Sahibi bunu başa düşməli və imkan verməməlidir ki, layka sahibinə sahiblik etməyə cəhd göstərsin.
4. SARLOSUN QURD İTİ
Erkək alman ovçarkasıyla dişi canavarın dil tapmasına borcludur bu cins. Bir də bu ideyanı həyata keçirən hollandiyalı Lander Sarlosa. Vəhşi əcdadlarından fərqli olaraq, Sarlos qurd iti insanlara çox bağlıdır və heç vaxt onlara qəsdən zərər verməz, əksinə, bu itlər çox qayğıkeş və diqqətlidir. Əla yaddaş və ərazidə naviqasiya qabiliyyəti onları Hollandiyada məşhur bələdçilərə çevirib.
5. ÇEXOSLOVAKİYA VLÇAKI
Alman ovçarkasıyla Karpat canavarının əhd-peymanından ərsəyə gəlib. Canavarla təkcə zahiri bənzərliyində deyil, həm də xasiyyətində də çox oxşarlıq var. Qorxubilməzdir. Üstünə gələnin gücü bununkundan qat-qat çox olsa belə, yenə də geri çəkilməz.
6. VOLFHUND
Alyaska malamutu ilə canavarın göz-qaş oynatmağından əmələ gələn cinsdir. Bu əmələ də imza atan Yuliya İvanoviç olub. Sirkdə yararsız hala düşüb ölümə məhkum edilən erkək canavarı bəsləyib ayağa qaldırıb. Daha sonra da yeni cinslə bağlı ideyasını həyata keçirib. Doğulan balalara atalarından güc, cəsarət və əla qoxubilmə hissi, analarından da insana sadiqlik keçib.
7. TAMASKAN İTİ
Tamaskan iti əslən Finlandiyadandır və hələ də heç bir kinoloji federasiya tərəfindən tanınmayıb. İş sınaqlarında daha çox çeviklik, itaətkarlıq və yaxşı performansı ilə seçilən it növüdür. Komandada işləmək bacarığı isə əcdadları Sibir haskisi və Alyaska malamutundan miras qalıb. Dünyada cəmi 400 qeydiyyatdan keçmiş Tamaskan iti olmasına baxmayaraq, bu cinsə maraq onun bütün kontinental Avropa, Böyük Britaniya, ABŞ, Avstraliya və Kanadada yayılmasına səbəb olmuşdur.
8. ŞİMAL İNUİT İTİ
1980-ci illərin sonunda yaranmış bir cins olsa da, hansı cinslərin bu prosesdə iştirak etməsi barədə bir deyil, iki versiya mövcuddur:
– Sibir haskisi, malamut və alman ovçarkasının;
– Kanadadakı eskimos iti, Alyaska malamutu və alman ovçarkasının.
Məşhur “Game of Thrones”in 1-ci mövsümündəki itin (лютоволк, direwolves) obrazını məhz bu cinsin nümayəndəsi canlandırmışdır.
Paylaş:

Canavarlar haqqında filmlərə baxarkən nəzərə alın ki, arabir həriflənmək ehtimalınız da var. Çünki elə filmlər var ki, canavar roluna canavara bənzər it cinsinin nümayəndəsini çəkiblər. Belə daha rahatdır. İndi onlardan bəzilərini diqqətinizə təhvil verəcəm. 1. ALYASKA MALAMUTU Lider, başçı xasiyyətli malamut öz sahibini heç vaxt darda qoymur, ona hər zaman sadiq qalır. Bir şərtlə ki,…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir