Bu şirciyəz 1-2 addımlığımda idi. Mənsə böyürləri, üstü açıq maşında. Sual: niyə o mənim hər tikəmi puzzle edib savannaya səpələmədi? İş orasındadır ki, avtomobilə və onun içindəkilərə o, qadağan olunmuş bir şey kimi baxır.

Məsələn, tutaq ki, biz yolla gedirik və görürük ki, xalxın balkonunda 1 qazan yarpaq dolması var. Götürüb basıb yemirik. Bilirik ki, tutub çilənəsiyik. Eləcə də onlar anlayırlar ki, avtomobilə hücum etsələr nəsə qanqaraçılıq olacaq onlar üçün.

Amma dirsəyin çatır avtomobildən 1 addım kənara çıx…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir