Ətlərini dişimizə çəkdiklərimizin dədə-babaları: bankiv toyuqları.

Siz heç ömrünüzdə bir dəfə, asudə vaxtınızda papağınızı qarşınıza qoyub özünüzə sual vermisiz ki, bu tööx-xoruzlar hardan peyda olub küçə-bacamızda? Gözünüzü yumub onları hansısa bir cəngəllikdə təsəvvür etmisiz? Etmisizsə də 100% ürəyiniz gedib gülməkdən. Çox da nahaq. Çünki onların əcdadları hal-hazırda elə həmin o cəngəlliklərdə qıy vurur.

Tanış olun: ətlərini dişimizə çəkdiklərimizin dədə-babaları – bankiv toyuqları.

Onların vətəni Cənub-Şərqi Asiyanın cəngəllikləridir. Vəhşi toyuqlar minilliklər ərzində heç nə dəyişməmiş kimi hələ də əhliləşdirilməyə meyillidirlər. Amma bunun üçün onları əvvəlcə tutmaq lazımdır. Bankiv toyuqlarına gəldikdə isə bu, çox müşkül məsələdir. Çünki keçilməz dağ cəngəlliklərində və kolluqlarda sülənirlər.

Eramızdan 6000-cə il əvvəl insanlar toyuqları hərifləyib onlarla müqavilə bağlayıb işbirliyinə imza atıblar. Sonradan toyuqlar xəbər tutanda ki, bu işbirliyinin nəticəsində qabaq düşən ancaq biz olmuşuq – it kimi peşman olublar, amma artıq iş-işdən keçmişdi. Zamanla bu quşcuğazlar bütün dünyaya səpələnmişdilər.

Vidlərindən erkək fərdlər bildiyimiz xoruza bənzəsələr də, dişilər bir balaca fərqli görsənirlər. Çəkiləri maksimum 1250 qram olur. Erkəklərdə. Dişilər – 1 kiloqram. Yaxşı inkişaf etmiş əzələləri var, bu da onlara kifayət qədər ləyaxlı şəkildə uçmağa kömək edir. Hətta gecəni ağaclarda keçirirlər.

Möhtəşəm əzələnin üstündə bonus kimi it xasiyyəti də verib onlara təbiət. Ərazi üstə öz aralarındakı qırğınlar elə nəyə desən dəyər. Quşumuzun quşu təkcə öz növündəkilərə deyil, həm də qırqovullara, Qvineya quşlarına da qonur. Amma bu əxlaxsızlığın nəticəsindən doğulan hibrid balalar sonsuz olur.

İsmətli nikahdan isə 4-9 yumurta sahibi olurlar. Ana qırt düşür, ata da onun keşiyini çəkir.

Vəhşi təbiətdə 3-5 il yaşayıb üzüsulu gedirlər.

Paylaş:

Siz heç ömrünüzdə bir dəfə, asudə vaxtınızda papağınızı qarşınıza qoyub özünüzə sual vermisiz ki, bu tööx-xoruzlar hardan peyda olub küçə-bacamızda? Gözünüzü yumub onları hansısa bir cəngəllikdə təsəvvür etmisiz? Etmisizsə də 100% ürəyiniz gedib gülməkdən. Çox da nahaq. Çünki onların əcdadları hal-hazırda elə həmin o cəngəlliklərdə qıy vurur. Tanış olun: ətlərini dişimizə çəkdiklərimizin dədə-babaları – bankiv…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir