Bu da həyatının ən təhlükəli anında belə üzündən gülüş əskik olmayan ərincək (ленивец). Dedilər vətəni elə Kosta Rika filandır. Amma bu turistə hörmət qoymayanlar, sən demə, hündür ağacın kəlləsindən ancaq həftədə 1 dəfə, siz də məni bağışlayın, WC-yə getmək üçün düşürlər. Ona görə də onları görməyimizə ümidimiz artıq yox idi. Axıra yaxın bu yolunu azmışı gördük nəhayət! Hərəkət sürəti 1 dəqiqəyə 1,8-2,4 metrdir. Suda sürəti 3 dəfə çoxdur. 8-10 sm-lik dırnaqlarının hesabına ağacdan yapışıb günün 20 saatını yatır. Sağ pəncəsi mənim başıma…

35 milyon il əvvəl yaşayan qədim ərincəklər indikilərə baxanda daha ləyaxlı olublar: boyları 6 metrədək, çəkiləri də bir neçə ton! Təbii ki, bu vid-fasonla onlara heç bir özünə hörmət edən ağac tab gətirə bilməzdi. Ona görə də hündürlüyü 3 metrdən başlayan sanballı yuva düzəldib, orada yaşayırdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir