Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir.

Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır. Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir.

Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər.

Boyları 105 sm-dək olur, çəkiləri də 3-5 kq-dək. Yanağlarındakı bir-birilərinin üzərində yerləşmiş qırmızı və ya ağ ləkələri ilə əməllicə fors verə bilərlər. Ayağlarındakı uzun barmağlarının hesabına ağaclarda uzun müddət qala bilirlər. Yeri gəlmişkən, durnalardan ancaq tacdar durnalar ağacda bu cür şellənə bilirlər.

Sülənməklə araları yoxdur. İyuldan ta oktyabr ayınadək başları evlənməyə qarışır. Erkək durna dişinin diqqətini cəlb etmək üçün min cür hoqqadan çıxır: tullanır, düşür, fırlanır, yellənir. Hamısı da özünəməxsus səs fonunda. Axır şilküt olub dişi tapandan sonra da övrətiylə yuva qurmağa başlayır. Çox vaxt yuvaları su hövzlərinə yaxın yerdə, hərdən hətta elə hövzənin içində qurulur.
Adətən, dişilər 2-4 çəhrayı və ya mavi rəngli yumurta ərsəyə gətirirlər. Hər birindən də 1 aya durnacığazlar peyda olur. Doğulan günün sabahısı balalar yuvanı tərk edə, 2-3 aydan sonra isə ümumiyyətlə sərbəst uçub-hərlənə bilirlər.

Dişi və erkək fərdlər bir-birilərdindən, demək olar ki, heç fərqlənmirlər. Monoqam olaraq ömürlərinin axırınadək 1 dəfə ailə qururlar.

Nə gəldi yeyirlər: yarpaq, bitki, həşərat, balıq, kərtənkələ və s. Belə üzüyola olmalarının hesabına elə 50 ilədək yaşayırlar. Başqa durnalardan fərqli olan 1 km məsafədən belə eşidilən səsləri var. Şərhdə qoyduğum videoda qulaq asa bilərsiz. Bir suyu pişiyimin ərə getmək vaxtı çatanda çıxardığı tükürpədici səsə də oxşayır.

10 min metr hündürlükdə uça bilirlər.

Adamlardan hürkümrlər. Ona görə də çox vaxt insanlara yaxın yerlərdə də məskən salırlar.

Zambiya, şimali Namibiyada hələ də tacdar durnanı müqəddəs varlıq kimi sayanlar var. Uqanda hətta onu milli quş seçərək, şəklini gerb, bayraq və əskinazlarına həkk edib. Keniyada isə əksinə – hesab edirlər ki, bu durna niyabəddiy gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir