Amerika

Arxaya və başıaşağı uçmağı bacaran ən kiçik ölçülü quş: kolibri

📷 Fotoları və videonu çəkdiyim məkan: Kosta-Rika
 
Kolibridi. Yer üzündə ən balaca və geriyə də uçmağı bacaran yeganə quş sayılır. Bu hələ azmış kimi, saniyədə də 80-100 dəfə qanad çalır.
 
Növləri çoxdur. Hamısı da cubbulu. Həddi-buluğa çatmış, amma çəkisinə görə ən xudmanısı 3 qramadək olur.
 
Ən ağırçəkilisinin ölçüsü 21 sm, çəkisi isə 20 qramdır.
 
Geniş qəlbli kolibrinin vid-fasonuna görə ürəyinin ölçüsü çox böyükdür: mədəsindən 2 dəfə böyük olub bədənlərinin 3/1 hissəsini tutur.
 
Bayaq dediyim kimi, həmin bu ürək dəqiqədə 500-1000 dəfə döyünür və həyatları boyunca 4,5 milyard dəfə sıxılır.
 
Gün ərzində öz çəkilərindən də artıq qida qəbul edirlər. Nöşün ki – vəhşi kimi qanad çalıb bütün enerjinlərini buna sərf edirlər.
 
Saatda 70-80 km sürətlə uça bilirlər və uçurlar da. Ona görə bu xırda vicdansızların fotosunu çəkmək müşkül məsələdir. Mütləq gərək aferistliyə əl atasan. Məsələn, fotoda gördüyünüz kimi, nektar dolu nəyəsə qonaq edəsən, onlar da uçuşub gəlsinlər, başları yeyib-içməyə qarışınca şəkillərini də çəkəsən. Videosunu çəkincə isə başım gicəlləndi.
 
Daimi həyat yoldaşları olmur. Onlar belə xoşlayır. Ailənin bütün problemləri dişi fərdin üzərinə düşür. İki, nadir hallarda bir yumurta qoyurlar.
 
Bir saniyə ərzində 80 dəfə qanad çalırlar.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir