Afrika

Daha bir müqəddəs heyvan: manqust

 Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangiri (Tanzaniya)

Manqust haqqında ən çox bildiyimiz şey – onların ilanları gözükölgəli etməsidir. Görək, daha əllərindən nə gəlir?

– 12 növ manqust var. Əsasən, 4-50 fərddən ibarət olan ailələrdə yaşayırlar.

– İlanı ancaq yolüstü rastlaşanda ovlayırlar. O da həmişə yox. Çox vaxt iri ölçülü ilanları görüncə aradan çıxmağa daha çox üstünlük verirlər. Belə yedikləri həşərat, quş yumurtaları-filan olur. Yeri gəlmişkən, ilanı ancaq onu ovlayan manqust yeyir, ailənin digər üzvləri bu halda ona «qabırğa» ola bilməzlər.

– Bal porsuğundan fərqli olaraq, manqustların ilan zəhərinə qarşı immunitetləri yoxdur. Buna görə də ilan dişdəminə məruz qalmış manqust ölümə məhkumdur.

– Mərkəzi Hindistanda manqustlar müqəddəs heyvan sayılırlar. Dəyib-dolaşanları olmur.

– Çox rahat əhilləşirlər. Cənubi Asiyada, Afrikada ilan və siçovullardan qorunmaq üçün onları ev heyvanı kimi saxlayanlar da olur.

– Balalarını birgə böyüdürlər. 3-4 aylığında körpələrin hər birinə onlara nəzarət edib ov ovlamağı öyrədən qəyyum təyin olunur. Ata manqust ana manqustdan daha uşaqcanlı olur. Əhilləşdirilmiş bir manqust ailəsindən körpəni ayıranda ana fərd «Alın yazısı!» deyib vecinə almadığı halda, ata manqust bir neçə gün həyəcandan özünə yer tapa bilmirdi, elə hey körpəni axtarırdı.

– Bir vaxtlar ilanlarla mübarizə məqsədi ilə manqustları Karib adalarındakı plantasiyalara da aparıbmışlar. Amma oranın ilanları daha ləyaxlı çıxıb manqustları qatıblar qabağlarına. Manqustlar da onlardan əl çəkib daraşıblar kiçik gəmiricilərə, quşlara, hətta toyuq-cücəyə də. Adamlar da kor-peşman başlayıblar manqustlarla da mübarizə aparmağa.

– Gülməlisifət surikatlar var a – onlar da manqust növüdür.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir