Ximba qəbiləsində çimmək üçün suya qənaət resepti

Ximba qəbiləsinin qadınları gün ərzində bir neçə saatı özlərini abıra mindirməyə həsr edirlər. Deyəcəksiz “bəs abır hanı?”, mən də deyəcəm ki, abıra mindirmək deyəndə gigiyenik prosedurları nəzərdə tuturdum. Bir əmması var ki, su buralarda çox qiymətli resurs olduğu üçün çimmək söhbəti yoxdur. Onu əvəz edə bilən 100 cür hoqqa var zato. Hətta avropalıları belə heyran edə bilən dərilərinə sürtdükləri kremin reseptini deyirəm. Yazın.

Deməli, kirşan halına salınmış al-qırmızı rəngli hematit mineralına süd, kül, ətirli omumbiri kolunun qatranını qatırsan. Vəssalam. Alınan kremi sürtürsən bədənə. Dəri fotolardkı kimi qızılı-qırmızı rəng alır ki, bu da öz növbəsində ximbalılar arasında ideal gözəlliyin bir tərkib hissəsidir. Həm də gün işığı yandırmır. Həm də cücü-mücü gəmirmir. Həm də bədəndə tüklərin çıxmasının qarşısını alır. Gedib epilyasiyaya day bir ətək pul tökməyin, hər birinizin evində hematit mineralı, hər məhlədə omumbiri kolu bitir. Düzəldin, yaxın bədənə havayı-havayı. Bilin qədrimi.

Saçlarının rəngi də elə bu möhtəşəm kremin hesabına o rəngdədir. Başa da yaxırlar.

Sonra buxar vannası qəbul edirlər hər gün. Közərən kömürün üzərində müxtəlif otlar, yarpaqlar, hər işə yarayan omumbiri doldurulmuş qabı ətirli tüstü çıxınca qızdırırlar, elə ki tüstü başladı çıxmağa (yazırsız?) xanımlar qaba yaxın oturub üst-başlarını də odeyalla basdırırlar ki, maksimum tərləsinlər. Dərinin məsamələri parın hesabına genişlənir, xüsusi çubuqlar vasitəsilə başlayırlar onları təmizləməyə. Daha sonra həmin kremdən bir partiya da sürtüb gedirlər fors verməyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close