Gör-götür dünyasıdı. 14 fevralda sevib-sevilməyənlər üçün topi antiloplarından təlimat. Gələn il lazım olar.

Deməli, erkək topi antilopları ərazilərinə daxil olan dişi antilopları min cür hoqqayla öz yanlarında saxlamağa çalışırlar. İlk olaraq sıravi centlemen sayağı diqqət əlamətləri göstərirlər. Görəndə ki, bu, dişinin vecinə deyil və o, ərazini tərk etmək niyyətindədir, keçirlər moşennik sayağı «B» planına. Bu moment erkək topi özünəməxsus tərzdə fınxırmağa başlayır ki, bu da diplomatik dildən tərcümədə o dəməkdir ki: «Gedirsən get e, mən bir söz demirəm, amma deeee orda aslanlar var, ora təhlükəlidir. Canından bezməmisənsə, qal mənim yanımda, kopoludu sənin təhlükəsizliyini qorumayan!»

Bu cür süni təhlükə hay-haraylı atmosferə aldanan dişi də qorxuya düşüb qayıdır gəlir erkəyin yanına ki: «Qələt eləmişəm!» Tay sonra da vəziyyəti başa düşüncə artıq iş-işdən keçmiş olur.

Yazın dəftərçənizə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir