Zənzibardakı Türmə adası. Babbalacadı. 30 dəqiqəyə adanı o baş-bu başa gəzmək olar. 500-dək nəhəng tısbağanın pənah gətirdikləri yerdir.

Eeee lap əvvəllər bu nəhəng tısbağalar Hind okeanının bir çox adalarında rahat yaşayır, heç kim onlara belivin üstə çanağın var demirdi. Çünki deyən adam da yox idi. Hələ oralara gəlib çıxmamışdılar. Biz sağolmuşlar gəlib oralara çıxar-çıxmaz başlamışıqmış biçarələrin çanağına, ətinə pis gözlə baxmağa. İnsanlar üçün həmişə çox rahat əldə olunan şikar olublar. Səbəbi də bəlli: astagəllik. Ona görə də ümumilikdə bu tısbağaların sayı azdır.

Adadakı hər təsbağanın yaşı çanağında göstərilib. 200 ilədək yaşıya bilərlər.

P.S. Ən sino getdikləri şey – kiminsə boyunlarının altını qıdığlamağıdı (fotodakı kimi).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir