Məhəbbət qurbanı: torbalı siçan

Böyüklərdən də üzr istəyirəm, bu gün sizə, sözün əsl mənasında, məhəbbət yolunda özünü fəda edən torbalı siçandan danışacam. Avstraliya filan tərəfdə yaşayır. Amma sözüm onda deyil.

Deməli, bu ləyaxsızların əksəriyyətinə ömürlərində 1 dəfə nəsil artırmaq qismət olur. Bəlkə də bu imkanın sayı daha çox ola bilərdi, əgər ki, görməmişliklərinə salmasaydılar. Atalıq instinkti baş qaldıran zaman düşürlər həşirə. Gələcək körpələrinin gələcək analarıyla rastlaşan kimi olurlar tam birdebil. Yemək, içmək, dincəlmək yaddan çıxır, fasiləsiz 6-12 saatadək əxlaxsızlığa qurşanırlar, ad da qoyurlar ki, nəsil artırırıq. Elə bil başqa siçanlardan nümunə götürüb bunu adam kimi eləmək olmaz…

Amma, bir tərəfdən baxanda, onları da çox qınamaq olmur e. Bu nəsil artırmaq periodu bu siçanlarda çox qısa olur, özü də ildə 1 dəfə. Bu bir dərd. İkinci dərd də – dişilər təkcə bir erkəklə cütləşmirlər. Belə yüksək rəqabət şəraitində yazıq erkək də nə olursa olsun balalarda məhz onun genləri olsun deyə özünü belə şilküt edib prosesin müddətini bacardığı qədər uzadır ki, başqa naməhrəmə qismət olmasın dişi siçan.

Təbii ki, bu 6-12 saat ərzində xırda bədənlərindəki bütün enerji puç olur, ac-susuz şilküt olurlar. Dişi bu vaxt ərzində bekarçılıqdan xımır-xımır yeyib-içə də bilər. Erkəksə yox. Çünki o, həşirdə olur.

Vaxt vədə yetişir. Dişi gedir UZİ-yə, erkəksə 99% halda elə ordaca… ölür. Ölər də day.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir