İnfeksiyadan bol balaca kaniballar

Babbalaca, xallı, yeməli-yeməli parabüzən… Gözəl, göyçək parabüzən… Baxdıqca baxmaq istədiyimiz parabüzən… Qolumuzda, ovcumuzda sevə-sevə gəzdirdiyimiz parabüzən… Ovcumuzdan qanad açıb uçub gedəndə arxasıyca baxıb sanki 100 dollar tapmışıq kimi bizə sevinc bəxş edən parabüzən… Arada kanniballıq edən parabüzən! Bilmirdiz? Tırtıl ikən bacı-qardaşlarını yeyirlər. Lap köpək balığları kimi. Belə kannibal tırtıllarda sağ-salamat böyümə şansı daha çox olur. Bu cəhənnəm e. Öz ailələridi, özləri bilər kim kimi yeyir. Başqa bir məsələ də var.

Əgər siz parabüzənlərə qarşı ülvi hisslər bəsləyib onları görəndə az qala yemək istəyirsizsə, – etməyin.

Birincisi, cütləşmə dövründə ikinöqtəli parabüzənlərin dişi fərdləri sağa-sola… nəysə də, çox parabüzənlə cütləşirlər. Özü də, torbalı siçanın (https://bit.ly/2L2ULiZ) qulağından iraq, 3 saatadək. Özü də 2-3 gündən bir. Genetik tədqiqatlar zamanı bəlli olmuşdur ki, bir küt parabüzən yumurtaları 3 və daha artıq erkək parabüzənin əməyinin bəhrəsi ola bilər.

İkincisi, parabüzənlər arasında cinsi yolla yayılan xəstəliklər adi haldır. Onların bəzi növləri, məsələn, elə həmin ikinöqtəli parabüzən, ektoparazital gənələrə yoluxurlar. Bu parazitlər parabüzənlərin qanadlarının altında yaşayıb onun qanı ilə qidalanırlar və elə oradaca nəsil artırırlar.

Parabüzənlər cütləşəndə bu gənələr dişidən erkəyə, erkəkdən dişiyə rahatlıqla keçirlər. Cəmi bir cütləşmə nəticəsində dişidən erkəyə bu gənənin 81-dək sürfəsi keçə bilər. Gənədə də az yoxdur: qəsdən bu növ parabüzənləri seçir, çünki bilir ki, bu yolunu azmışların sayəsində daha intensiv çoxalma imkanları olacaq.

İndi özünüz baxın. İstəyirsiz yenə can deyib can eşidin parabüzənlə. Neymə lazım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close