Sultan Süleymanın ailəsindən burun mənimsəyən meymun

Roksellan rinopiteki və ya fındıqburun meymunun adı Osman sultanı Süleymanın həyat yoldaşı Roksolananın adından götürülüb, çünki onun kimi bunlar da fındıqburundular. Qalın, sıx tüklərinin hesabına çox aşağı temperaturu da veclərinə almırlar, ona görə də arada onlara “qar meymunu” da deyirlər.

IX  əsrin 60-cı illərinədək avropalılar bu fason meymunun varlığından bixəbər idilər. İlk dəfə onları Çinin Sıçuan vilayətində bir keşiş görüb. Özüylə Avropaya gətirə bilməsə də bu fındıqburunlar haqda ətraflı dosye hazırlayıb lazımi yerlərə təqdim edib. Bu məlumatdan sonra ən tez tərpənən də zooloq Miln-Edvards olub. Elə adqoydularını da o edib.

Çinlilərin özləri, təbii ki, xəbərdar idilər bu meymunlardan. Ölçüləri böyük olmasa da (60-75 sm) uzun quyruqlarıyla (50-70 sm) dillər əzbəri olublar. Dişilər erkəklərdən 2 dəfə iri olurlar, çəkiləri də bir o qədər çox olur (35 kq).

Babbalaca burunları, demək olar ki, yox dərəcəsindədir. Ana təbiət deyib ki “elə belə məsləhətdi”, çünki bu cür aşağı temperaturda yaşadıqlarına görə burunları uzun olsaydı – həmən donub hayıf olasıydı.

Yaşadıqları ərazi elə də geniş deyil. Mərkəzi və Cənubi Çinin dağ rayonlarıdır.  Dəniz səviyyəsindən 1500-3000 metr hündürlükdə yaçayırlar.

Fındıqburun ailəsi bir erkək, bir neçə dişi və övladlarından ibarət olur.  Bir ailədə 40-dək fərd yaşaya bilər. Erkəyin nə qədər çox dişisi olsa – forsu da bir o qədər çox olur. Hər ailənin 15-50 kv m-lik ərazisi olur.

Qoz-fındıq, meyvə, toxum filanla qidalanan bu meymunlar qış fəsli gəlincə məcbur olub ağac qabığına da keçirlər.

Tropik və subtropikdə yaşamalarına rəğmən istiylə çox da araları yoxdur, ona görə də yayda bir az sərin dağlıq yerlərə qalxırlar.

4-5 yaşlarında dişilərin, 7 yaşında isə erkəklərin qurdları qaynayır, başlayırlar övlad haqda düşünməyə. 7 aylıq hamiləlik dövründən sonra yalnız 1 bala dünyaya gəlir. Hər iki valideyn körpənin böyüməsində canfəşanlıq edirlər.

Bir ara ətlərinə və xəzlərinə görə yaman daraşmışdılar bu yazıqlara. Amma Çin höküməti çoxsaylı park və qoruqlar salmaqla vaxtında bunun qarşısını aldı. Hal-hazırda Çin meşələrində 5000-dək fındıqburun meymun yaşayır. Qırmızı Kitabda da vardırlar.

20 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir