Author: Ali Akbar

İki ölkənin simvolu olan bərbəzəkli quş

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur. 🐦  Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi,…

Paylaş:

davamı

Afrika kəlləri «mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar

 Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda) Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.  Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən…

Paylaş:

davamı

Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab

Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab: 1. Internete çıxış və wifi fikirləşdiyimiz kimi tinbaşı yox,əksinə, nadir hallarda rast gəlinən şeydir. 2. Kredit kartlarla alış-veriş etmək çox az yerdə mümkündür. 3. Çox az adam ingilis dilində bilir. Hətta gənclər belə ingiliscə deyilən ən sadə sözü (məsələn, “coffee”) anlamaya bilər. 4. Əhalinin 80%-i üzməyi bacarmır. 5. Exchange və…

Paylaş:

davamı

Zənzibar adası 1873-cü ilə qədər Hind okeanında ən böyük qul bazarı sayılırdı

Zənzibar Hind okeanının Afrika sahillərindəki Tanzaniyaya məxsus adadır. Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı. Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adaların hamısını “döyər”. Onlardan…

Paylaş:

davamı

Begemotların əlindən ildə 500-dək adam ölür

 Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya) O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər – ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.  Begemot…

Paylaş:

davamı

Leopard yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orada nuş edir

📷  Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?  Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.  Amma bu kiçik ölçüsünə rəğmən…

Paylaş:

davamı

Dişi konqoniləri «bişirmə» prosesləri digər antiloplardan fərqlənir…

📷  Fotoları çəkdiyim məkan: Uqanda Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.  Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130…

Paylaş:

davamı

Okean və dənizlərin səthi gün ərzində təqribən 2 dəfə qabarma və çəkilməyə məruz qalır

📷  Fotoları çəkdiyim məkan: Zənzibar adası (Tanzaniya) 🐳  Okean və dənizlərin səthi gün ərzində təqribən 2 dəfə qabarma və çəkilməyə məruz qalır. Özlüyündə çox maraqlı mənzərədir. Zənzibar adasına ilk dəfə gələndə baxırıq ki, okean sahilində qayıqlar torpağa pərçimlənmiş vəziyyətdə boynubükük qalıb, suyun özü də az qala gözdən itib. «Bəs biz harda çimişəcəyik?» sualına Afrikagörmüş dostumuz…

Paylaş:

davamı

Bu da hamımızın tanıdığı Pumba! Afrikanın ən məşhur vəhşi donuzu.

📷  Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Uqanda Bu da hamımızın tanıdığı Pumba! Afrikanın ən məşhur vəhşi donuzu. Sonuncu Uqanda səfərimdə onu ilk dəfə görən Rusiyalı turistlər sevincək necə «Pumba!!!» bağırdılarsa, yazıq şoka düşüb qoydu üstünə. Rusca adı «borodavoçnik»dir, yeri gəlmişkən. Bizdə ona «ziyilli donuz» desələr də, biz elə «Afrika qabanı» deyək. Belə daha urvatlı səslənir. Donuzkimilər…

Paylaş:

davamı