9000 kv km ərazinin şahı: Nqoronqoro

  Fotoları çəkdiyim məkan: Tanzaniya ✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə yerə girmişdir.  Sıx meşəli dağları, minlərlə cütdırnağlının qarınlarını …

Leyləyə bənzəyib kərkəs kimi dolanan Afrika marabusu

📷  Fotoları çəkdiyim məkan: Tanzaniya Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım – eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin nümayəndəsi olan Afrika marabusu zahirən …

İki ölkənin simvolu olan bərbəzəkli quş

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur. 🐦  Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi qarnı, yaşımtıl rəngli …