İki ölkənin simvolu olan bərbəzəkli quş

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya) Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur. 🐦  Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi qarnı, yaşımtıl rəngli …

Begemotların əlindən ildə 500-dək adam ölür

 Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya) O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər – ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.  Begemot quruda yaşayan ən zırpı heyvanlardandır. …

Leopard yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orada nuş edir

📷  Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?  Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.  Amma bu kiçik ölçüsünə rəğmən öz çəkisindən 3 dəfə artıq …