Babuin cütlüklər uzun müddət bir yerdə bir-birilərinin qayğısına qalsalar da, necə deyərlər, əlləri əllərinə dəyməyə bilər.

📷   Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire (Tanzaniya) Babuinlər intellektuallığına görə şimpanzeyə də meydan oxuyan pavian növüdür. Afrikadakı primatlar arasında insanlarla ən çox ünsiyyətdə olanlar da məhz babuinlərdir.  İlk baxışdan artistlik eləyib yöndəmsiz görünsələr də, əslində, çox cəlddirlər. Safaridə nahar üçün ayrılmış xüsusi yerə çatanda kiçik hasar boyunca əli dəyənəkli adamların dayandığını gördüm, dedilər babuinləri qovmaq üçün dayanıblar. Burda də nahar …