Vatussi: buynuzlarının uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb

📷  Fotoları çəkdiyim məkanlar: Uqanda, Kosta-Rika 6 min ildən çox tarixləri olan Vatussi (ankole) kəllərinin təkcə buynuzlarının çəkisi 90-100 kiloqramdır. Uzunluğu da 2,4 metrədək. Soruşan lazım, niyə bu, kəlbalası kimi normal ölçülü buynuzlarla kifayətlənməyib? Səbəbini biləndə, adamın bu buynuza «buynuz» deməyə dili gəlmir. Əsl kondisioner imiş! Afrika savannasındakı +50 dərəcəli qızmar havada bu buynuzlar kəllərin istidən şilküt olmalarının qarşısını alır. …