Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)    

9000 kv km ərazinin şahı: Nqoronqoro

  Fotoları çəkdiyim məkan: Tanzaniya ✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə yerə girmişdir.  Sıx meşəli dağları, minlərlə cütdırnağlının qarınlarını …