Afrika kəlləri «mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar

 Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda) Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.  Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən daha xırda və açıq rəngli …