Müdrik bayquş? Eləsini tanımıram

O deyirlər e bayquşlar müdrikdi, zəkalıdı filan. İnanmayın. Qarğa ondan ağıllıdı. Kəlləsi də babbalacadı. Beyni də. Başının əsas hissəsini göz boruları tutur. Amma belə şəxsən mənim üçün ən marağlı fauna əhlillərindəndir.  220-dək növü olan bayquşların vid-fasonları, ölçüləri, xarici görünüşləri bir-birindən çox fərqli olur. Amma ümumi bir xasiyyətləri var, o da başlarını 270 dərəcə fırlada bilmələridi. Hər bir özünə hörmət eləyən …

Dünyanın ən gözəl heyvanı: böyük panda

Böyük Panda və ya bambuk pandası dünyada rəsmən ən gözəl heyvan sayılır! Çinin fəxridi! Göz bəbəyi kimi qorunur. Həm də bəziləri yaxşıca maaş da alırlar. Düzdür, əllərinə gələn ancaq bambuk olur, amma Çinin özü əməllicə qazanır. Deyəcəm bir azdan. 🐼 İlk dəfə biçarə pandanı 1916-cı ildə tutmaq nəsib olub. Amma tez də dünyasını dəyişib. 🐼 Böyük panda – dünyada ən nadir heyvanlardan …

Daha bir müqəddəs heyvan: manqust

 Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangiri (Tanzaniya) Manqust haqqında ən çox bildiyimiz şey – onların ilanları gözükölgəli etməsidir. Görək, daha əllərindən nə gəlir? – 12 növ manqust var. Əsasən, 4-50 fərddən ibarət olan ailələrdə yaşayırlar. – İlanı ancaq yolüstü rastlaşanda ovlayırlar. O da həmişə yox. Çox vaxt iri ölçülü ilanları görüncə aradan çıxmağa daha çox üstünlük verirlər. Belə yedikləri həşərat, quş …

Niyabədlik gətirən ya müqəddəs sayılan tacdar durnalar

Durnakimilər ailəsinin 14 növü var, bilirdiz? Hər bir növü də özünəməxsusluğu ilə digərindən fərqlənir. Onların içərisində ən gözəgəlimlilərindən biri də tacdar durnadır. Vid-fasonu və həyat tərzi ilə həmdurnalılarından fərqlənir. Beynəlxalq Qırmızı Kitaba adı düşən bu durna, əsasən, Şərqi və Qərbi Afrikada yayılıb. Lap əvvəllər Avropa və Şimali Amerikada da yaşayıbmışlar. Buz dövrü gələr-gəlməz oralarda qeybə çəkiliblər. Boyları 105 sm-dək olur, …

Mavi və ya taclı əntər

Bu kiçik gədə bizi görər-görməz nətər üstünə qoyub aradan çıxmaq istədisə!.. Anası «Gicdəmə!» deyib bir qapazla qaytardı onu yerinə. Metrikada adı mavi və ya taclı əntərdir. Şərqi Afrikanın rütubətli meşələrində yaşayır. Boy-buxunları 70 sm, 8-10 kq-lıq çəkiləri, düşməni mələdən uzun köpək dişləri, canlara dəyən bakenbardları, 90 sm-lik quyruqları var. Erkək fərdlərin. Dişilər daha xudmanidir (50 sm filan). Pis-pis şeylər fikirləşib …

Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)