Nəhəng tısbağalı Türmə adası

Türmə adasına Zənzibar arxipelaqının mərkəzi – Stone Town-dan qayıqla 20 dəqiqəyə çatdıq. Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir. Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması üçün böyük türmənin …

Zənzibar adası 1873-cü ilə qədər Hind okeanında ən böyük qul bazarı sayılırdı

Zənzibar Hind okeanının Afrika sahillərindəki Tanzaniyaya məxsus adadır. Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı. Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adaların hamısını “döyər”. Onlardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, …