Tag: indoneziya

Ən çox oxşarımız: oranqutan

Oranqutanı görəndə adam istəyir ona “Salam, qaqaş” deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar. Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər…

Paylaş:

davamı

Dadı cənnət, qoxusu cəhənnəm meyvəsi

Durian adlı meyvə var. Çəkisi 5 kq-dək olur, ölçüsü 30 sm. Haqqında eşidəniniz də var, onu dadanınız da. Mən eşidib dadmayanlardan idim. Kaş elə də qalardım. Çünki it iyi verir. Di gəl ki onu, məsələn, Tailandda “meyvələrin şahı” adlandırırlar. Dadına, faydasına görə. Faydası həqiqətən danılmazdır. Tərkibi A, B, C vitaminləriylə vız vurur, kalsium, kalium, natrium,…

Paylaş:

davamı

Dünyanın ən çirkli çayı Qanq deyilmiş

Çayın adı çıxınca canı çıxsa yaxşıdır. Dünyada ən çirkli çay Qanq deyil. İndoneziyanın Yava adasındakı 300 km uzunluqlu Çitarum çayıdır. Çitarumun da günləri olub!.. Gül kimi suyundan hamı adam balası kimi istifadə edirdi, flaminqolar, leyləklər ayaqqabılarını çıxarıb çaya girirdilər ki, aman gündür, tərtəmiz, şəffaf suyunu çirkləndirməsinlər. İnsanlar düyü sahələrini suvarmaq üçün onun suyuna pənah gətirirdilər.…

Paylaş:

davamı