Yaxşı mənada belə bir təhər Tokio

 Fotoları çəkdiyim məkan: Tokio (Yaponiya) Yapon mədəniyyətinin qeyri-adiliyinə bələdik, azdan-çoxdan hər birimiz bu barədə, ən azından, eşitmişik. Ölkənin paytaxtı Tokio isə əndrabadiliyinə görə öndə gedəndir. 🇯🇵 Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır. 🇯🇵 Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və …

Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab

Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab: 1. Internete çıxış və wifi fikirləşdiyimiz kimi tinbaşı yox,əksinə, nadir hallarda rast gəlinən şeydir. 2. Kredit kartlarla alış-veriş etmək çox az yerdə mümkündür. 3. Çox az adam ingilis dilində bilir. Hətta gənclər belə ingiliscə deyilən ən sadə sözü (məsələn, “coffee”) anlamaya bilər. 4. Əhalinin 80%-i üzməyi bacarmır. 5. Exchange və bankomatlar da həddindən artıq azdır. …