“Şikəst” qırmızı kirka kolobusları

Qırmızı Kitaba düşən, yalnız Zənzibar adasında yaşayan Kirka qırmızı kolobusunun təbii mühitdə sayı cəmi 2-3 mindir. Saylarının belə az olmasına əsas səbəbkar da elə kolobusun özüdür. Daha doğrusu, kiçik kolobusçığaz: 4 yaşınacan anasından bir addım belə ayrılmır. Ana da anadı da, işi-gücü balasının kolobus olub kolobuslara qoşulmağına göstərdiyi cəhdə qarışır. Nəsil artırmaq hayında olmur. O hay bir də 3,5 ildən …

Tənbəl və baş barmağsız ağ-qara kolobuslar

Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər. 40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən olsa, cavab o olacaq ki: …