Dovşansifət Kap Damanı

📷 Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)   Bu fotodakı dovşansifət var a – bax, o, məni öz dalıyca 1 saat çapdırıb. Savannanın qayalıqlarında ölçüsü 30-58 sm olan bu heyvancığazı görüb görməmişləyimə salıb fotoaparatımla qoydum e üstünə ki, aman gündü, gözdən itirərəm, qalaram fotosuz. Nəhayət uzun sürən tərtökmədən sonra fotolarını çəkə bildim. Özümlə bir partiya qürur duya-duya yollandım nahar yeri üçün …