Bir-iki kəlmə savanna haqqında

Fotoları çəkdiyim məkan: Tanzaniya Bu savanna ki var – çox marağlı məkandır. İldə iki dəfə bir neçə həftə yağış mövsümü olur, ondan sonra da bir neçə ay quraqlıq dövrü gəlib çıxır. Quraqlıqda da bir xeylaq canlı məhv olur, əsasən də otla qidalananlar. Buna görə antiloplar, zebralar, zürafələr dişlərini dişlərinə qıcayıb su hövzələri arasında əsir-yesir düşürlər. Savannada hər bir canlı və …

80 km/saat sürətə, 3 metr hündürlüyə, 10 metr uzunluğa imza atan impala antilopu

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)   Saatda 80 km sürətlə qaçaraq 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu! Bu, hər antilopun işi deyil! Həm də bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir mırtçün də. Amma bütün bunlara baxmayaraq çox da tilpaşlıq eləmirlər, çünki ondan da məharətli oğulların olduğunu bilirər, məsələn, …

Dişi konqoniləri «bişirmə» prosesləri digər antiloplardan fərqlənir…

📷  Fotoları çəkdiyim məkan: Uqanda Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.  Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130 sm, çəkisi isə 100-200 kq-dək …