Bir-iki kəlmə savanna haqqında

Fotoları çəkdiyim məkan: Tanzaniya Bu savanna ki var – çox marağlı məkandır. İldə iki dəfə bir neçə həftə yağış mövsümü olur, ondan sonra da bir neçə ay quraqlıq dövrü gəlib çıxır. Quraqlıqda da bir xeylaq canlı məhv olur, əsasən də otla qidalananlar. Buna görə antiloplar, zebralar, zürafələr dişlərini dişlərinə qıcayıb su hövzələri arasında əsir-yesir düşürlər. Savannada hər bir canlı və …

Tanzaniyanın özündə nə var, nə yox?

 Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire, Nqoronqoro, Lake Manyara, Aruşa (Tanzaniya) Tanzaniyanın Zənzibar adası barədə ayrıca xəbərçilik etmişdim. Bəs ümumilikdə Tanzaniyanın özündə nə var, nə yox? 🏝 «Biri az olar» deyib iki paytaxt yaradıblar: tarixi paytaxtı olan Dar Əs-Salaam inzibati mərkəzi, qanunverici paytaxtı isə Dodoma şəhəri. 🏝 «Tanzaniya» sözü ölkəni təşkil edən iki keçmiş koloniyanın adlarından əmələ gəlib: Tanqanika və Zənzibar. 🏝 Hələ 19-cu …