Mavi və ya taclı əntər

Bu kiçik gədə bizi görər-görməz nətər üstünə qoyub aradan çıxmaq istədisə!.. Anası «Gicdəmə!» deyib bir qapazla qaytardı onu yerinə. Metrikada adı mavi və ya taclı əntərdir. Şərqi Afrikanın rütubətli meşələrində yaşayır. Boy-buxunları 70 sm, 8-10 kq-lıq çəkiləri, düşməni mələdən uzun köpək dişləri, canlara dəyən bakenbardları, 90 sm-lik quyruqları var. Erkək fərdlərin. Dişilər daha xudmanidir (50 sm filan). Pis-pis şeylər fikirləşib …