Nəhəng tısbağalı Türmə adası

Türmə adasına Zənzibar arxipelaqının mərkəzi – Stone Town-dan qayıqla 20 dəqiqəyə çatdıq. Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir. Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması üçün böyük türmənin …