Uqandadakı yemək-içmək neçəyə başa gəlir?

Uqandada yolüstü bazardan seçmələr. Bu cür bazarlarda qiymətlər, əlbəttə ki, daha ucuzdur. Onu da qeyd edim ki, meyvə-tərəvəzin dadına söz ola bilməz: ləzzzzzzət! Market filanlardakı yemək-içməyin təqribi qiymətləri isə belədir: Su, 1,5-litrlik qabda – 0.95 ₼ Süd (1 litr) – 0.97 ₼ 1 buxanka ağ çörək (500 q) – 1.50 ₼ Ağ düyü (1 kq) – 1.90 ₼ Toyuq yumurtası …

Ağac şirlərinin vətəni

Uqandanın qərbindəki Queen Elizabeth qoruğunda yağış mövsümündə yer bataqlığa çevrildiyindən yerli şirlər günün əsas hissəsini ağaclarda keçirirlər. Elə buna görə də onlara ağac şirləri deyirlər. Bələdçinin dediyinə görə, onları görmək üçün bəzən gəlib 2-3 gün çadır qurub gözləyənlər də olur. Çadırım əlimdə qaldı: həmən gördüm. Vergiliyəm :)    

Suyun da öz keçisi varmış. Tanış olun…

📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Tanzaniya   Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir de onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər.   🦌 Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkəy fərdlərinin boy-buxunu 130 sm, çəkisi 250 kq-dək olur, 30-100 sm-lik buynuzları …

1-2 kəlmə də Uqanda uşaqlarının təhsilindən…

Fotoları çəkdiyim məkan: Entebbe (Uqanda)   Uqandada təhsil 3 yaşından başlayır. Hər trimestrin və ilin sonunda uşaqlar imtahan verirlər. İlin sonundakı yekun imtahanda kəsiri olanlar sinifdə qala bilər. Hətta 3 yaşlı uşaq da.   – Təhsil ili yanvarda başlayır. 3-6 yaşlarında «erkən məktəb»ə gedirlər. Bir suyu bizim uşaq bağçasına oxşayır və məcburi deyil. Yeri gəlmişkən, məcburi olmadığı üçün də hökumətdən …

Vatussi: buynuzlarının uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb

📷  Fotoları çəkdiyim məkanlar: Uqanda, Kosta-Rika 6 min ildən çox tarixləri olan Vatussi (ankole) kəllərinin təkcə buynuzlarının çəkisi 90-100 kiloqramdır. Uzunluğu da 2,4 metrədək. Soruşan lazım, niyə bu, kəlbalası kimi normal ölçülü buynuzlarla kifayətlənməyib? Səbəbini biləndə, adamın bu buynuza «buynuz» deməyə dili gəlmir. Əsl kondisioner imiş! Afrika savannasındakı +50 dərəcəli qızmar havada bu buynuzlar kəllərin istidən şilküt olmalarının qarşısını alır. …

Afrika kəlləri «mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar

 Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda) Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.  Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən daha xırda və açıq rəngli …