Yeriviz məlum, Braziliyanın Pantanalında idim. Axşam yeməyi yeyirdik. Bu dəmdə aşpaz qadın portuqalca bərkdən nəsə deyə-deyə atdı özünü yeməkxanaya.
Qaldığımız yerdə də addımbaşı yazıb yapışdırmışdılar ki, sağa-sola sülənməyin, yaquar sizi gəmirsə - bizlik deyil. Dedim 100% yaquar qardaşdı gəlib mitilimizi sürüməyə. Amma gördüm adamlar sevinib çölə qaçdılar. Mən də qaçdım.
Otelin həyətinə gələn qonaq isə, şükür ki,…
Dünya
Kosta-Rikada təbiətin qoynunda bir də gördük bir xeylaq yapon, ya koreyalı fotoqraf düzüblər, qoyublar qarşılarına kameralarını və səssizcə gözləyirlər. Həşirnən onlara yaxınlaşanda baxışlarıyla itin sözünü dedilər bizə. Quş güdürmüşlər. Quş da kolibri ola. Mumlayıb biz də başladıq güdməyə.
Deyirdilər kolibri geriyə uçmağı bacaran yeganə quşdur. Deyilmiş. Amma bunu ən ustalıqla edən təkcə odur. Qaranquşlar, qartallar, şahinlər,…
Rana temporaria qurbağa növü var. Camaat adına söz qoşub ki, guya cütləşmə vaxtı erkək kifir olsa dişi vurur özünü ölülüyə, erkək də bundan vaz keçir. Əslində ölülüyə vurur özünü (buna "tanatoz" deyirlər). Amma səbəb bu deyil.
Səbəbini bikar Berlin alimləri araşdırıb tapıblar. Bu qurbağalarda dişilərin təqribən 33%-nin cütləşmə vaxtı bəxti gətirmir, itin zülmünü çəkirlər. Böyür-başda nə…
Lobsteri (omarı) gözümüzə təpəndə onun həyat və yaradıcılığı ilə də bir balaca maraqlanmalıyıq. Çünki onun orqanizmi bizdən, ümumiyyətlə bir çox canlılardan fərqlənir.
Məsələn, tapın görüm lobsterin beyni harda yerləşir? Beyni yoxdu ki. Onun əvəzinə çoxsaylı sinir düyünləri var. Ən böyüyü də qida borusunun altındadı. Demək olar ki, lobsterin beyni onun boğazındadı.
Dişləri ağzındadı? Yox. Mədəsindədi. Özü də…
Kisəvarilər yarımsinfinin nümayəndəsi olan Bonnelia viridis öz sevimli yeri olan dənizin dibində oturub seriala baxdığı yerdə burnu qaşınır. Qaşımaq istəyəndə yadına düşür ki, əlləri yoxdu. Qərara gəlir asqırsın. Asqırandan sonra da vəhşi kimi nəfəsini içəri çəkir. Bir xeylaq keçəndən sonra baxır ki, bayaqdan bunun yanında oturub Tiktokda sülənən kişisi nəsə buna hay vermir. Ev-eşikdə, qapı-qonşuda…
Philanthus basilaris ("qurd arılar" və ya "ovçu arılar") növlü arıların həyatında qırğının biri bir qəpikdəndir. Əsasən də, həmişə olduğu kimi, erkəklərin taleyi itin günündə olur.
Yazıq erkək dişidən tez doğulur ki, gəlinbacının "həri"sini almaq üçün eksklüziv ərazini hazırlasın, silsin-süpürsün, yüngülvari oboy-zad yapışdırıb qapısına da qırmızı bantik bağlayaraq əyləşib xanımı gözləsin.
Xanım da doğulur, əsnəyə-əsnəyə krovatında şellənən moment…
Albatroskimilər ailəsinin bir nümayəndəsi var. Vidi babatdı. Amma adı tam təbiətinə uyğundur: boz baş albatros.
Postamentə oxşar yuva qururlar bircəcik övladları üçün. Dimdiklərini bir-birilərinə toxundurmaqla övladlarına nəvazişlərini bildirir, “Qorxma! Mamayla papa həmişə arxanda dağ kimi dayanıblar” deyib uşağı arxayın eləyirlər.
Övlad da gennənib əyləşir yerində, valideynləri də uçub gedirlər bazarlığa ki, kasıbın olanından tapıb gətirsinlər uşaq üçün.…
Xalxın uşağları heç şirlə pələngi ayıra bilmir bir-birindən. O ki qalmışdı bəbirlə (leopard) yaquarı. Deyim necə ayırmaq olar onları?
🔹 Xarici görünüş
• Bəbir: “Slim-fit” modeldi: zərif, incə quruluşlu, uzun bədənli. Əsasən belə olur. Hərçənd mənim Pantanalda gördüyüm 9 yaquardan biri tam bir hallıca qarınlı day-day vidində idi.
• Yaquar: “Bodybuilder”: əzələli, iri gövdəli, başı daha iri.
🔹 Ləkələr…
Sirr deyil ki, cadu-fala sidq ürəkdən inanan hələ də çoxdur. Təkcə bizdə yox. Xalxın ölkəsində "cadugərlər" adam balası kimi vergi də ödəyirlər. Özü də hansısa sorağı gəlməyən ölkədə yox, Avropada. Daha dəqiq desək - Rumıniyada.
2011-ci ildən etibarən cadugərlik rəsmi olaraq bir peşə kimi tanınır burda. Qeydiyyatdan zaddan da keçirlər bu işlə məşğul olanlar. Gəlirlərinin 16%-ni…
