📷 Fotoları çəkdiyim məkanlar: Tokyo, Osaka, Kyoto (Yaponiya)
Yaponiyada uşaq 5 yaşınadək «olmaz», «pisdir», «təhlükəlidir» kimi kəlmələri eşitmir. Daha doğrusu, bunu ona deyən olmur. Heç nədə də qadağayla üzləşmir. Qışqır, bağır, sök, dağıt, yıxıl - heç kim buna görə cəzalandırmayacaq. Çünki ikudiz prinsipinə əsasən, uşaq bu minvalla idrak fəaliyyəti ilə məşğul…
Yaponiya
Deməli, 88 saatlıq uçuşdan sonra nəhayət Yaponiyaya gəldik. Dedilər birbaşa Yapon hamamına gedib yolboyu təyyarədə yatıb gördüyümüz yuxuları Yapon sularına danışıb, çimişib yorğunluğumuzdan hifz olasıyıq. Elə təzəcə hamama qədəm qoymuşduq ki, xəbər gəldi: kimin tattoo-su var bintlə bağlasın, görünməməlidir… Sən demə, tattoo-lu ziyarətçiləri Yaponiyadakı əksər otellər qəbul etməkdən imtina edirlər. Bunu həm də Yaponiyanın…
Bir az da dağ-daşın qeybətini eləyək. Məsələn, Yaponiyanın Honsü adasının Sakit okean sahilində yerləşən Fuciyama (Fuci) dağının. Bir dəfə necə oldusa özüm öz ayağımla gedib onun zirvəsinə çıxdım. Day xəcalətimdən necə çıxdımsa onu demirəm, amma şəkillərini çəkməyə bir balaca halım qalmışdı. Deməli:Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab:
1. Internete çıxış və wifi fikirləşdiyimiz kimi tinbaşı yox,əksinə, nadir hallarda rast gəlinən şeydir.
2. Kredit kartlarla alış-veriş etmək çox az yerdə mümkündür.
3. Çox az adam ingilis dilində bilir. Hətta gənclər belə ingiliscə deyilən ən sadə sözü (məsələn, "coffee") anlamaya bilər.
4. Əhalinin 80%-i üzməyi bacarmır.
5. Exchange və bankomatlar da həddindən artıq azdır.
6.…
