Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı? Dimdiyini açanda ağzı qeyri-adi dərəcədə enli göründüyünə görə belə adlandırılıbmış.
Avstraliyanın, Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış…
O deyirlər e, bayquşlar müdrikdi, zəkalıdı filan. İnanmayın. Bu, daha çox qədimdən qalma imic məsələsidir. Məsələn, qarğakimilərin problem həll etmək qabiliyyəti bayquşlardan qat-qat məşhurdur. Bayquşun başında isə əsas ‘investisiya’ gözlərə və eşitmə sisteminə gedib. Amma belə şəxsən mənim üçün ən marağlı quşlardandı.
250-dək növü olan bayquşların vid-fasonları, ölçüləri, xarici görünüşləri bir-birindən çox fərqli olur. Amma ümumi…
📷 Fotoları və videonu çəkdiyim məkan: Kosta-Rika
Kolibridi . Yer üzündə ən balaca və geriyə də uçmağı bacaran yeganə quş sayılır. Bu hələ azmış kimi, saniyədə də 80-100 dəfə qanad çalır.
Növləri çoxdur. Hamısı da cubbulu. Həddi-buluğa çatmış, amma çəkisinə görə ən xudmanısı 3 qramadək olur.
Ən ağırçəkilisinin ölçüsü 21…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə…
📷 Fotoları çəkdiyim məkan: Tanzaniya
Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım - eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin…
📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur.
🐦 Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi…
