Mentavay arxipelaqının Sakuddey xalqı

Sakuddey qəbiləsi, İndoneziyanın Mentavay arxipelaqında, Sibərut adasında məskunlaşmış kiçik bir animist icmadır. Bu qəbilə əsasən çay sahillərində yaşayır və onların mədəniyyəti olduqca qədimdir. Coğrafi izolyasiya səbəbindən xarici təsirlərə minimal dərəcədə məruz qalmış və öz unikal həyat tərzini qoruyub saxlamışdır. Sakuddey xalqı döymə (tatu) sənəti, müalicə mərasimləri, heyvan qurbanvermə ayinləri və meşədə ovçuluq kimi ənənələri ilə tanınır.…

Davamı

Xalxın dodağına gülüş qonur, məndə isə…

Sakuddey qəbiləsindəki bu cür ənənəvi, qapısız evdə qalırdıq. Cəngəlliyin ortasında. Yatanda da elə həsirin üstünə özümüzlə gətirdiyimiz döşəkçələr salınırdı, ağcaqanad filandan qorunmaq üçün də xüsusi zad vardı. Divar dediyiniz də demək olar ki, yoxdur, eləcə taxtalardan sanki bəzək üçün yapışdırıb nəsə divarvarı bir şey düzəldiblər. Sanballı olan tavan idi. Döşəmə də taxtalardan düzəldilmişdi, intəhası aralarında…

Davamı

Ən çox oxşarımız: oranqutan

Oranqutanı görəndə adam istəyir ona "Salam, qaqaş" deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar. Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər salıb…

Davamı

Dadı cənnət, qoxusu cəhənnəm meyvəsi

Durian adlı meyvə var. Çəkisi 5 kq-dək olur, ölçüsü 30 sm. Haqqında eşidəniniz də var, onu dadanınız da. Mən eşidib dadmayanlardan idim. Kaş elə də qalardım. Çünki it iyi verir. Di gəl ki onu, məsələn, Tailandda "meyvələrin şahı" adlandırırlar. Dadına, faydasına görə. Faydası həqiqətən danılmazdır. Tərkibi A, B, C vitaminləriylə vız vurur, kalsium, kalium, natrium, fosfor,…

Davamı