Zürafə, kərgədan, pinqvin, köpək balığı filanı hamınız tanıyırsız da. Yekəpər, zırpı bir şeylər. Amma onların bəzilərinin miniatür növləri də var. İnkişafdan geri qalmayıblar a, elə anadangəlmə cubbulu olan növləridir.
Uzağa getməyək. Götürək elə bizdən 14385-cə kilometr aralıda yaşayan qonşularımız imperator pinqvinlərini. Boyları 1 metr 22 sm, çəkiləri də 22-45 kq. Bir də var kiçik pinqvin (adı…
Şəxsən mənim üçün bəyəndiyim 2-3 Avropa ölkəsindən biridir Portuqaliya.
Avropada yeganə ölkədir ki, sərhədləri 1139-cu ildən dəyişmir.
Vaxtilə cubbulu Portuqaliya Amerikadan ta Asiyayadək ərazisinə görə özündən qat-qat iri torpaqları müstəmləkəsi altında saxlayıb. Onu da eləməzdi e yəqin, sadəcə böyründəki İspaniya krallıqları bu biçarə Portuqaliyaya nə Avropaya tərəf irəliləməyə imkan verib, nə də ümumiyyətlə quru vasitəsilə nəsə qaz…
O lavanda ki var - həm ətirlidi, həm müalicəvidi, həm də dekorasiya baxımdan gözəgəlimli.
Müalicəvi haqq-hesabları barədə hələ Qədim Romada xəbər tutub antibakterial vasitə kimi istifadə edirdilər, vanna qəbul edəndə suya qatırdılar. Siz də deyirsiz o vaxt Avropada çimmirdilər…
Vətəni Aralıq dənizi sahilləri sayılır. 30-dan da çox növü var. Güllərinin 50%-i gül olanda lavandanın ən ləyaxlı vaxtı…
Hamının valeh olduğu pantera var a - o, ayrıca heyvan növü deyil ki. Bu, melanizm əlamətləri (canlının toxumalarında qara piqmentin çoxluğu) bol olan bəbirin (Afrika və Asiyada) və yaquarın (Cənubi Amerikada) rənglərinin genetik variantıdır. Yəni bildiyimiz bəbir və ya yaquarın qara formasıdır. Amma, dallarıyca danışmaq olmasın, bəbirlərdən daha çox aqressiv olurlar.
Asiyada panteraların sayı daha çoxdur.…
O, çox adiləşib gözümüzdə. Adını da belə bir təhər tələffüz edib o dəqiqə mənfi şeylərlə əlaqələndiririk. Necə deyərlər, quşun adı çıxınca - canı çıxsa yaxşıdır. Dünyanın çox yerində yaşayan quzğunu deyirəm.
Əslində isə öz həyatıyla yaşayan ən ağıllı quşlardan sayılır quzğun. Hətta ən ağıllısı da demək olar.
Britaniya alimlərini ta qədimdən bekarçılıq üzüb axı. 40 il bundan…
Çau-çau elə bil ayı balasıdı da, al qucağıva bəslə balan kimi. Əslində, elə çox gözəgəlimli və şirindir. Amma di gəl xasiyyəti çox tünddür. Ən ağır xasiyyətli, dominantlıq etməyi xoşlayan it cinsləri siyahısındadır bu çau-çau. Vaxtında təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmasalar, bir az iriləşən kimi evdə qayda-qanunu diktə edəcək, yiyəsini külli miqdarda problemlə üzləşdirib bir…
Çoxları elə bilir koala da ayının hansısa bir növüdür. Ayı filan deyil. Ayıyla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bir balaca yaxın fason qohumu vombatdır.
🐨 Avstraliyada yaşayan koala ancaq ağacdan-ağaca dırmaşmaq üçün lövbərini tərpədib aşağı düşür. 14 kq çəkili bu kisəli ağacın ən yüksək budağlarında necə səssiz-səmirsiz yaşayırsa, hətta Avstraliyaya ilk dəfə qədəm qoyanlar da…
