Yolka oyuncağı ya pambıq parçası deyil ki. Yalnız Yaponiyanın Hokkaydo adasında yaşayan Cənubi Yaponiya uzunquyruq arıquşusudur (yaponlar ona “şima-enaqa” deyirlər, tərcüməsi də “uzunquyruq ada quşu”). Elə uzunquyruq arıquşunun 23 növündən biridir.

13-15 sm-lik ölçüləri (onun da yarısı quyruğun payına düşür), 10 qramadək çəkiləri olur. Digər arıquşularında olan qaşlar bu növün nümayəndələrində böyüdükcə yoxa çıxır, olurlar ağappaq şarbaş bir şey.

20-30 fərddən ibarət dəstə şəklində yaşayıb yaradırlar. Baxmayın e belə motuş görünməklərinə. Bir oturuma 7-10 yumurta qoyurlar. Bu cür böyük külfəti yedirtmək təkbaşına çətin olur, ona görə də köməklərinə dəstənin əliuşaqlı olmayan üzvləri gəlir ki, bu da saylarının azalmasının qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir