Yaponiyada meymunların öz SPA mərkəzi var. Amma maraqlısı budur ki, hamısı ora girə bilmir. Bəzilərinin isti suda kef eləmək imkanı var, digərləri isə soyuqda qalır. Niyə? Çünki meymunların da öz sosial qaydaları var!
Bu meymunların adı Yapon əntəridir. İngiliscə Japanese macaque, elmi adı isə Macaca fuscata.
Onlara qar meymunu, yəni snow monkey də deyirlər.
Bu heyvanlar Yaponiyanın müxtəlif…
Okeanda 500-dən çox köpək balığı növü yaşayır. Amma Hollivud filmlərinə baxsan, elə bilərsən ki, bunların hamısı səhər yuxudan durub adam ovuna çıxır. Əslində isə vəziyyət tamam başqadır!
Balina köpək balığı (Whale shark)
Dünyanın ən böyük balığıdır! Uzunluğu 18 metrə çata bilər. Amma bu boyda nəhəngin əsas yeməyi plankton və xırda dəniz canlılarıdır. Dişləri də var, özü də…
Vaşaq pişikkimilər fəsiləsinə aid yırtıcı məməlidir. Dünyada dörd növü var: Avrasiya vaşağı, Kanada vaşağı, İberiya vaşağı və kürən vaşaq - bobcat.
Bizim Azərbaycanda yaşayanı Avrasiya vaşağıdır (Lynx lynx). Bu, həm də vaşaqların ən iri növüdür. Erkəklərinin çəkisi adətən 18–30 kiloqram arasında olur, bəzi fərdlər daha ağır ola bilər.
Vaşağın ən məşhur aksesuarı qulaqlarının ucundakı qara qotazlardır. Bunların…
Elə canlılar var ki, onların adları çıxınca, elə canları çıxsa yaxşıdı. Məsələn, piranyaların.
Piranya deyəndə çoxunuzun gözünün qabağına nə gəlir? Çaya bir adam düşür, bir saniyə sonra sudan ancaq skeleti çıxır, düzdür? Amma əslində piranyalara bir az böhtan atmışıq.
Bu balıqlar Cənubi Amerikanın çaylarında yaşayırlar. Təxminən 30–60 növündən danışılır, amma dəqiq sayı təsnifatdan asılıdır. Hamısı da vəhşi…
Yeriviz məlum, Braziliyanın Pantanalında idim. Axşam yeməyi yeyirdik. Bu dəmdə aşpaz qadın portuqalca bərkdən nəsə deyə-deyə atdı özünü yeməkxanaya.
Qaldığımız yerdə də addımbaşı yazıb yapışdırmışdılar ki, sağa-sola sülənməyin, yaquar sizi gəmirsə - bizlik deyil. Dedim 100% yaquar qardaşdı gəlib mitilimizi sürüməyə. Amma gördüm adamlar sevinib çölə qaçdılar. Mən də qaçdım.
Otelin həyətinə gələn qonaq isə, şükür ki,…
Bu günkü qəhrəmanımız Gelada (Theropithecus gelada) - sinəsində qırmızı ürək gəzdirən, otla dolanan, dişlərini göstərəndə adamın canına vəlvələ salan, ailə münasibətləri isə ayrıca serial mövzusu olan primatdır!
Meymunlar aləminin otbiçəni
Gelada Efiopiyanın yüksək dağlıq ərazilərində yaşayır. Əsasən 1800–4400 metr yüksəkliklərdə rast gəlinir. Qidasının böyük hissəsini ot təşkil edir. Hətta bəzən rasionunun 90 faizindən çoxu ot olur.
Sinəsində niyə…
Buna baxanda adama elə gəlir ki, dinozavrların nəsli kəsiləndə bu quş maması oğlu gildə başqa planetdə idi, yaddan çıxıb qalıb, xəbər tutmayıblar. Adı shoebill, elmi adı Balaeniceps rex-dir, azərbaycanca adı isə - Başmaq dimdikli leylək. Afrikanın şərq və mərkəzi hissələrindəki iri bataqlıqlarda yaşayır. Boyu 1 metr 50 santimetrə çata bilir, çəkisi də hardasa 5–6 kilo…
Karakal pişikkimilər fəsiləsindəndir. Ona tez-tez “səhra vaşağı” desələr də, vaşaq zad deyil. Adı türkcədəki “karakulak” sözündən gəlir. Afrika boyunca, Ərəbistan yarımadasından Yaxın Şərqə və Hindistanın şimal-qərbinədək yayılıb. Üstəlik “səhra vaşağı” adına aldanmayaq: əsl qumlu səhralardan çox savanna, yarımsəhra, kolluq, quru meşə və qayalı əraziləri xoşlayır.
Qulaqlarındakı o qara “şotkalar” nə üçündür? Ən maraqlısı budur ki, dəqiq…
Bu şəlpəqulaq fenek tülküsüdür — dünyanın ən balaca tülküsü.
Özü tülkü olsa da, daha böyük ailə ilə desək, canavarın, çaqqalın, hətta evdəki itin qohumudur — hamısı itkimilər fəsiləsindəndir. Özü də həmin ailənin ən balaca nümayəndəsidir.
Əsasən Şimali Afrikanın səhra və yarımsəhra ərazilərində, xüsusilə Sahara səhrasında yaşayır. Arealı Mərakeş və Mavritaniyadan Misirə, Sudana və Çada qədər uzanır. Qumlu…
