Zənzibar Hind okeanının Afrika sahillərindəki Tanzaniyaya məxsus adadır. Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.
Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adaların hamısını "döyər". Onlardan…
Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya)
O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər - ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.
Begemot…
📷 Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya
Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?
Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.
Amma bu kiçik ölçüsünə rəğmən…
📷 Fotoları çəkdiyim məkan: Uqanda
Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.
Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130…
📷 Fotoları çəkdiyim məkan: Zənzibar adası (Tanzaniya)
🐳 Okean və dənizlərin səthi gün ərzində təqribən 2 dəfə qabarma və çəkilməyə məruz qalır. Özlüyündə çox maraqlı mənzərədir. Zənzibar adasına ilk dəfə gələndə baxırıq ki, okean sahilində qayıqlar torpağa pərçimlənmiş vəziyyətdə boynubükük qalıb, suyun özü də az qala gözdən itib. «Bəs biz harda çimişəcəyik?» sualına Afrikagörmüş dostumuz cavab…
📷 Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Uqanda
Bu da hamımızın tanıdığı Pumba! Afrikanın ən məşhur vəhşi donuzu. Sonuncu Uqanda səfərimdə onu ilk dəfə görən Rusiyalı turistlər sevincək necə «Pumba!!!» bağırdılarsa, yazıq şoka düşüb qoydu üstünə. Rusca adı «borodavoçnik»dir, yeri gəlmişkən. Bizdə ona «ziyilli donuz» desələr də, biz elə «Afrika qabanı» deyək. Belə daha urvatlı səslənir.
Donuzkimilər sinfinə…
📷 Fotoları çəkdiyim məkan: Tarangire qoruğu (Tanzaniya)
Afrika dəvəquşusu hər cür hörmət və izzətə layiq quşdur. Dünyada ən ağırçəkili quş olmağı azmış kimi, sürətinə görə atı da geridə qoyur. İndidən deyirəm: dəvəquşuların başlarını qumda gizlətməkləri boş söhbətdir.
🐥 Dəvəquşunun (Struthio camelus) adı yunan dilindən tərcümədə «sərçə-dəvəquşu» deməkdir. Elə bizim dildə də adının dəvəylə bağlılığı var.…
📷 Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire (Tanzaniya)
Babuinlər intellektuallığına görə şimpanzeyə də meydan oxuyan pavian növüdür. Afrikadakı primatlar arasında insanlarla ən çox ünsiyyətdə olanlar da məhz babuinlərdir.
İlk baxışdan artistlik eləyib yöndəmsiz görünsələr də, əslində, çox cəlddirlər. Safaridə nahar üçün ayrılmış xüsusi yerə çatanda kiçik hasar boyunca əli dəyənəkli adamların dayandığını gördüm, dedilər babuinləri qovmaq…
