Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.
Bir…
Fotoları çəkdiyim məkan: Tanzaniya
✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə…
📷 Fotoları çəkdiyim məkan: Tanzaniya
Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım - eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin…
Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
İlancıllar və ya katib quşu (rusca - птица секретарь, latınca - sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və…
Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire, Nqoronqoro, Lake Manyara, Aruşa (Tanzaniya)
Tanzaniyanın Zənzibar adası barədə ayrıca xəbərçilik etmişdim. Bəs ümumilikdə Tanzaniyanın özündə nə var, nə yox?
🏝 «Biri az olar» deyib iki paytaxt yaradıblar: tarixi paytaxtı olan Dar Əs-Salaam inzibati mərkəzi, qanunverici paytaxtı isə Dodoma şəhəri.
🏝 «Tanzaniya» sözü ölkəni təşkil edən iki keçmiş koloniyanın…
Bir az da dağ-daşın qeybətini eləyək. Məsələn, Yaponiyanın Honsü adasının Sakit okean sahilində yerləşən Fuciyama (Fuci) dağının. Bir dəfə necə oldusa özüm öz ayağımla gedib onun zirvəsinə çıxdım. Day xəcalətimdən necə çıxdımsa onu demirəm, amma şəkillərini çəkməyə bir balaca halım qalmışdı. Deməli:📷 Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
Bənövşəyi sinəli (və ya qaranquş quyruqlu) göy sərçə! 35-45 sm ölçün ola, amma bu uzunluqda ada sahib olasan, həm də iki ölkə səni öz milli simvolu seçə! Bu cubbulu öz rəngarəngliyinə görə bir çox quşları geridə qoyur.
🐦 Bu göyçəyi başqa quşlarla səhv salmaq mümkünsüzdür. Bərq vuran bənövşəyi sinəsi, açıq firuzəyi…
Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda)
Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.
Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən…
Yaponiyada məni təəccübləndirən doqquz haqq-hesab:
1. Internete çıxış və wifi fikirləşdiyimiz kimi tinbaşı yox,əksinə, nadir hallarda rast gəlinən şeydir.
2. Kredit kartlarla alış-veriş etmək çox az yerdə mümkündür.
3. Çox az adam ingilis dilində bilir. Hətta gənclər belə ingiliscə deyilən ən sadə sözü (məsələn, "coffee") anlamaya bilər.
4. Əhalinin 80%-i üzməyi bacarmır.
5. Exchange və bankomatlar da həddindən artıq azdır.
6.…
