Yaponiyada yay aylarında küçələrdəki sərinləşdirici qurğular istidən qorunmaq üçün geniş istifadə olunur. Məsələn, Kumagaya şəhərində 2008-ci ildən bəri avtobus dayanacaqları və digər ictimai yerlərdə avtomatik işləyən duman püskürdücü sistemlər quraşdırılıb. Bu sistemlər müəyyən temperatur və rütubət göstəricilərinə uyğun olaraq (28°C-dən yuxarı, 75%-dən aşağı rütubət və s.) fəaliyyət göstərir. Son illərdə digər şəhərlər də bu texnologiyanı…
Yaponiya
Nara şəhəri Yaponiyanın Kansay bölgəsində yerləşən və ölkənin ən qədim paytaxtlarından biri olan tarixi bir şəhərdir. 710-cu ildə Yaponiyanın ilk daimi paytaxtı olaraq qurulmuş və zəngin mədəni irsi ilə tanınır. Şəhər UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan məbədləri, parkları və məşhur Nara maralları ilə məşhurdur.
Nara maralları (Sika maralları) və onların xüsusi statusu
Nara şəhərində, xüsusilə…
Muştuluğumu verin, ömrü boyu sizi narahat edən "Görəsən, dünyada ən iri taxta tikili hansıdır?" sualına bu gün nəhayət cavab tapacaqsız! Bu tikili Yaponiyanın Nara şəhərindəki Tōdai-ji məbədidir. Sakitləşdiz?
Bilirsiz neçə nəfər tikib onu? 2180000-cə nəfər. 743-cü ildə qollarını çırmələyib başlayıblar tikməyə. Əlüstü məbədin içində Budda Vayroçananın 14,98 metrlik bürünc heykəlini də ucaldıblar. 745-ci ildə məbədi, 751-ci…
Növbəti dəfə ismətliliyimin şahidi oldum: Yaponiyaya gedib fuqu balığından dadmadım. Niyəsini deyəcəm bir azdan.
İynəqarınlılar ailəsinin üzvü olan fuqu balığı (takifuqu, it balığı və s.) Yaponiyanın ən bahalı və ən təhlükəli delikatesi sayılır. Təzə anadan olan uşaqdan da soruşsan, onun da xəbəri olacaq ki, il ərzində ölkədə 10-20 nəfər bu balığın zəhərindən ölür. Balıq da sancıb…
Yolka oyuncağı ya pambıq parçası deyil ki. Yalnız Yaponiyanın Hokkaydo adasında yaşayan Cənubi Yaponiya uzunquyruq arıquşusudur (yaponlar ona "şima-enaqa" deyirlər, tərcüməsi də "uzunquyruq ada quşu"). Elə uzunquyruq arıquşunun 23 növündən biridir.
13-15 sm-lik ölçüləri (onun da yarısı quyruğun payına düşür), 10 qramadək çəkiləri olur. Digər arıquşularında olan qaşlar bu növün nümayəndələrində böyüdükcə yoxa çıxır, olurlar ağappaq…
Xalqı maarifləndirmək məqsədi ilə bu gün sizə, əziz seçicilərim, Yaponiyadakı "boş evlər"dən danışacam. Onların adı, böyüklərdən üzr istəyirəm, "məhəbbət oteli"dir. Qəribə də olsa, bu cür otellərə qəlbləri bayatı demək həsrətiylə döyünən cütlüklərdən başqa həm də nümunəvi ər-arvad, təklik və sakitçilik həsrətində olan tənha fərd və hətta təqaüdçü də gedə bilər. Nətər yəni niyə? Elə-belə, hay-küydən…
Yaponiyada toy mərasimləri, adətən, yayda keçirilir. Amma oktyabr ayı da bu baxımdan xod gedəndi. Yapon təqvimlərində hətta bəzi günlər toy üçün xoşbəxt gün kimi qeydə də alınıb.
Müasir Yaponiyada avropasayağı toy mərasimləri də keçirilir. Amma mən bir az ənənəvi toylardan xəbərçilik etmək istərdim.
Ümumiyyətlə toy Yaponiyada insan həyatının təməlini qoyan hadisələrdən sayılır deyə ona elə anadan olandan…
Böyük Panda və ya bambuk pandası dünyada rəsmən ən gözəl heyvan sayılır! Çinin fəxridi! Göz bəbəyi kimi qorunur. Həm də bəziləri yaxşıca maaş da alırlar. Düzdür, əllərinə gələn ancaq bambuk olur, amma Çinin özü əməllicə qazanır. Deyəcəm bir azdan.
🐼 İlk dəfə biçarə pandanı 1916-cı ildə tutmaq nəsib olub. Amma tez də dünyasını dəyişib.
🐼 …
Fotoları çəkdiyim məkan: Tokio (Yaponiya)
Yapon mədəniyyətinin qeyri-adiliyinə bələdik, azdan-çoxdan hər birimiz bu barədə, ən azından, eşitmişik. Ölkənin paytaxtı Tokio isə əndrabadiliyinə görə öndə gedəndir.
🇯🇵 Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır.
🇯🇵 Yaponiyanın bir çox böyük…
