Lobsteri (omarı) gözümüzə təpəndə onun həyat və yaradıcılığı ilə də bir balaca maraqlanmalıyıq. Çünki onun orqanizmi bizdən, ümumiyyətlə bir çox canlılardan fərqlənir.
Məsələn, tapın görüm lobsterin beyni harda yerləşir? Beyni yoxdu ki. Onun əvəzinə çoxsaylı sinir düyünləri var. Ən böyüyü də qida borusunun altındadı. Demək olar ki, lobsterin beyni onun boğazındadı.
Dişləri ağzındadı? Yox. Mədəsindədi. Özü də…
- Salam, ay doxtur. Mən Avstraliya övladıyam, adım da Coelopidae milçəyi. Müasir ponyatkalıyam. Bilirəm ki, qız “yox” dedisə - qır-saqqız olmadan rədd olub getmək lazımdı. Qızlarımız amma elə deyil. “Yox” eşidib ürəyimdə “Qara ox!” deyib ədəb-ərkanla uzaqlaşmağa çalışanda bir də görürəm bu qız dediyim üstümə hücum eləyib mitilimi salır. Dözülən dərddi? Yox! Mənə çatmır bu…
Yaponiyada toya çağırsalar bilin ki, bəy-gəlinə hədiyyə olaraq bizdəki kimi nağd pul (“qoşuqi”) verəsi olacaqsız.
Yaxın dostsuzsa, 200-cə USD. Yaxın qohumsuzsa, 330-ca USD. Qardaş-bacısızsa, onda atın dizlərinizi yerə: onlar üçün məbləğ 670 USD-dir.
Özü də məbləğ həmişə tək rəqəm olmalıdır: 30, 50, 100 min ¥. Cüt rəqəmlər (20, 40, 60) "cütlüyün ayrılması" çağırışdırır, buna görə qəti qadağandır.
Pulu…
- Salam, ay doxtur. Kişilərə də çarə qılırsız?
- Kişi? İnşallah ki, özüvü nəzərdə tutmamısan.
- Özümü tutmuşam. Rəngim bir az niseryoznudu, bilirəm. Amma mən də bir ananın oğluyam. Rəngbərəng olmaq hələ heşzad...
- Səsin başıma düşdü. Dərdivi de, səallah. Kişi e!..
- Mən Şotland kəkliklərindənəm. Açığı, məndə narahatlıq yaradan özüm yox, bizim qızlardı.
- Qızlarıvız şikəstdi? Özləri niyə…
- Salam,doxtur. Mən, belə pis çıxmasın, Avstraliya Maluridae quşuyam. Böyüklərdən də üzr istəyirəm, ərimdəm şikayətçiyəm.
Dəqiqəbaşı həkimə qaçır. Şantaj eliyir məni ki, guya spermatozoidləri azdı, guya uşaq olmayacaq. Elə də minnətnən deyir, elə bil cehiz kimi bir banka spermatozoid gətirməliydim buna ata evimdən. Bir dəfə eləmədim tənbəllik, analiz verəndə xəlvətcə özüm bir-bir oturub saydım: düz səkkiz…
O gün yolum Azərbaycanın ən mistik və düşündürücü abidələrindən birinə, Qobustan rayonundakı Diri Baba türbəsinə düşdü. Fotolar öz yerində, amma hekayəsi şəkillərdən də dərin imiş…
Rəvayətlərə görə Diri Baba dövrünün zahidlərindən, dərvişlərindən biri olub. Dünyəvi həyatdan uzaqlaşıb, ibadəti, tənhalığı seçib. İnsanlar onun müqəddəs və pak bir insan olduğuna inanırmış.
Vəfat etdikdən sonra da uzun müddət cəsədi çürüməyib.…
Benqal pələngləri əsrlər boyu insan övladından zülm çəkiblər. Ovlayırdılar yazıqları nəyi var. Hətta kraliça Yelizaveta II üzü aynnan bəri basa-basa durub gəlirdi ki, pələng ovunda iştirak etsin. Adamlar dəri və sümüklərinə görə gözümçıxdıya salmışdılar onları. Hesab edirdilər ki, sümükləri əzələlərin möhkəmlənməsinə, ümumiyyətlə bədəndəki ağrıların azalmasına kömək edir. Çinlilər elə indi də belə hesab edirlər.
Qıra-qıra saylarını…
Kisəvarilər yarımsinfinin nümayəndəsi olan Bonnelia viridis öz sevimli yeri olan dənizin dibində oturub seriala baxdığı yerdə burnu qaşınır. Qaşımaq istəyəndə yadına düşür ki, əlləri yoxdu. Qərara gəlir asqırsın. Asqırandan sonra da vəhşi kimi nəfəsini içəri çəkir. Bir xeylaq keçəndən sonra baxır ki, bayaqdan bunun yanında oturub Tiktokda sülənən kişisi nəsə buna hay vermir. Ev-eşikdə, qapı-qonşuda…
İri pişiklərdən demək olar ki, hamısını vəhşi təbiətdə görmüşdüm. Yaquardan başqa.
O da tərslikdən dünyanın o başında, əsasən Mərkəzi və Cənubi Amerikada yaşayır. Yığdım cer-cehizimi, yollandım birbaşa Braziliyanın Pantanalına: dünyanın ən iri su-bataqlıq ərazisinə.
3 gün sübh tezdən axşama kimi qayıqla Rio Cuiabá çayı boyunca onu axtardıq. "Gördüm" deyən olmadı. 3-cü gün günorta yazığı gəldi yəqin bizə.…
