Azərbaycan

Diri Baba kim idi? Bu məkan niyə belə adlanır?

O gün yolum Azərbaycanın ən mistik və düşündürücü abidələrindən birinə, Qobustan rayonundakı Diri Baba türbəsinə düşdü. Fotolar öz yerində, amma hekayəsi şəkillərdən də dərin imiş… Rəvayətlərə görə Diri Baba dövrünün zahidlərindən, dərvişlərindən biri olub. Dünyəvi həyatdan uzaqlaşıb, ibadəti, tənhalığı seçib. İnsanlar onun müqəddəs və pak bir insan olduğuna inanırmış. Vəfat etdikdən sonra da uzun müddət cəsədi çürüməyib.…

Davamı

Ağoğlan məbədi (Laçın)

İşğal dövrü ərzində (1997-2001-ci illərdə) öz diasporlarının maddi dəstəyi ilə Ağoğlan məbədində "restavrasiya" işləri aparıblar guya. Pəncərələrindən boylanıb əlləri hara çatıbsa - qriqoryan xaçları cızıblar. Abidənin divarında əks olunmuş yazıları korlayıb və siliblər. Hətta bəzi tarixi simvolların və ornamentlərin formalarını dəyişdirərək tanınmaz hala salıblar. Ümumi giriş qapısının önündə gətirdikləri xaçdaşları basdırıblar. Məbədin ətrafına 4 qəbir…

Davamı

Gədəbəyin Mahrasa məbədi

2 saat, sözün əsl mənasında, çaylar-dərələr aşıb gəldik bu yerə. #Gədəbəy-in Söyüdlü kəndindəki #Mahrasa məbədinə. Adından bəlli olub ki, o, yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb (“mah”ın tərcüməsi “ay” deməkdir, “rəsad” isə göy cisimləri müşahidə olunan yerə deyilir). Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq, Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən…

Davamı