"Hamınızdan zəhləm gedir" sifətinin sahibi kimdi? Manuldu!
Manulun ingiliscə adı Pallas’s cat, elmi adı Otocolobus manuldu. Əsasən Mərkəzi Asiyanın soyuq, quraq çöllərində və dağlıq ərazilərində - Monqolustan, Çin, Qazaxıstan və ətraf regionlarda yaşayır.
Kök deyil ki. Bunun yarısı pişikdirsə, yarısı şubadı... Şəkildə yekə, girdə, 10 kiloluq pişik təsiri bağışlasa da, çəkisi təxminən 2–5 kilo civarındadı. Yəni təxminən…
Buna baxanda adamın ağlına birinci sual gəlir: bu nədir - ayıdır, pişikdir, yoxsa meymun quyruğu taxmış yekə bir samur?
Düzgün cavab: heç biri!
Binturonqu ingiliscə “bearcat”, yəni “ayıpişik” də adlandırırlar. Amma nə ayılarla, nə də pişiklərlə yaxın qohumdur. O, əsasən Asiyada yaşayan sivetlər ailəsinin ən iri nümayəndəsidir. Hindistanın şimal-şərqindən başlayaraq Cənub-Şərqi Asiyanın tropik meşələrinədək yayılıb.
Binturonqun bədəni təxminən…
Puma da Ginnesin Rekordlar Kitabına bir neçə dəfə düşüb. Ən çox adı olan heyvan olduğuna görə həm də. Puma, dağ aslanı, kuquar və s. - bunlar hamısı bircəcik pumanın adlarıdır. Təkcə ingilis dilində 40-dan çox adı var: puma, cougar, mountain lion, panther, catamount, painter, deer tiger və s.
Üstəlik, puma Ginnesə tək buna görə düşməyib. Guinness…
10-40 primatdan ibarət bu qrupda 1 ailə başçısı erkək olur. Dişilər elə doğulduqları qrupda yaşayırlar ömür boyu. Gədələrsə 5-6 yaşına çatan kimi ataları tolazlayır onları bayıra. Onlar da ya gedib tək yaşayırlar, ya da o biri özleri günündə olan qovulmuşlarla “subaylar qrupu” yaradıb vaxtlarını gözləyirlər. Vaxt vədə yetişəndə də gedib başqa bir ailənin dominant erkəyinə…
Qutb Kompleksində (Hindistan, Nyu Delhi) 1600 illik dəmir sütun, 800 ildən çox yaşı olan minarə, Dehli Sultanlığı dövrünün ilk monumental islam memarlığı, yarımçıq qalmış nəhəng Alai Minar - hamısı yan-yana, eyni ərazidədi.
Marağlısı odur ki, bura:
1. Dünyanın ən hündür kərpic minarələrindən biridir
Qutb Minarın hündürlüyü 72,5 metrdir. XIII əsrdə tikildiyi dövrdə bu, mühəndislik baxımından gözəgəlimli nailiyyət sayılırdı.
2.…
Kosta-Rikada təbiətin qoynunda bir də gördük bir xeylaq yapon, ya koreyalı fotoqraf düzüblər, qoyublar qarşılarına kameralarını və səssizcə gözləyirlər. Həşirnən onlara yaxınlaşanda baxışlarıyla itin sözünü dedilər bizə. Quş güdürmüşlər. Quş da kolibri ola. Mumlayıb biz də başladıq güdməyə.
Deyirdilər kolibri geriyə uçmağı bacaran yeganə quşdur. Deyilmiş. Amma bunu ən ustalıqla edən təkcə odur. Qaranquşlar, qartallar, şahinlər,…
Hamer qəbiləsində boynuna uclu biqnere halqasını ancaq kişinin ilk xanımı taxır. O bəxtəvər kişinin bir neçə həyat yoldaşı olur. Bu cür halqanı taxanınsa digərlərindən fərqi, üstünlükləri olur:
1. Ailənin və təsərrüfatın "baş meneceri"
Hamer cəmiyyətində çoxarvadlılıq (poliqamiya) bikarçılığdan deyil, iqtisadi zərurətdən doğur, çünki heyvandarlıq və əkinçilik böyük işçi qüvvəsi tələb edir. Birinci arvad ailə təsərrüfatının "zavxozu" hesab…
Bu, süni intellektin məhsulu deyil ki. Arada “Qara ruh” da deyirlər buna. Metrikasında adı isə “Melanistik cüyür”dür. Böyür-başındakı cüyürlərdən fərqi də rəngidir: tünd, bəzən kömür qarası kimi. Bu hoqqanın səbəbini özünndən soruşanda da deyir ki, səbəb bədəndə melanin piqmentinin artıq olmasıdır.
Bu haqq-hesab gözəllik məsələsi deyil, genetik hadisədir. Qara rəng resessiv əlamətdir. Yəni belə bala doğulması…
Rana temporaria qurbağa növü var. Camaat adına söz qoşub ki, guya cütləşmə vaxtı erkək kifir olsa dişi vurur özünü ölülüyə, erkək də bundan vaz keçir. Əslində ölülüyə vurur özünü (buna "tanatoz" deyirlər). Amma səbəb bu deyil.
Səbəbini bikar Berlin alimləri araşdırıb tapıblar. Bu qurbağalarda dişilərin təqribən 33%-nin cütləşmə vaxtı bəxti gətirmir, itin zülmünü çəkirlər. Böyür-başda nə…
