Uqandanın şərqində yaşayan 67 yaşlı Musa Hasahya Kaseranın təklikdən zəhləsi gedirdi. Ona görə götürür 17 yaşında evlənir. 1 ildən sonra qızı da dünyaya gəlir. Qardaşı, qohumları başlayırlar onu bizləməyə ki, elə bu?! Bu da xoddanır. Və hal-hazırda onun 12 arvadı, 102 uşağı və 578 nəvəsi var.

Deyir əvvəl zor idi, marağlı gəlirdi. Amma sonra yaş artır, gah orası əyilir, gah burası və qəfil başa düşür ki, nəsə nito şeyə imza atıb, külfəti dolandırmaq günü-gündən çətinləşir. Elə buna görə 2 arvadı atıb onu gedib, digər 3-ü də darısqallığa dözməyib başqa şəhərə köçüb özlərinə gün ağlamağa başlayıblar.

3-cü həyat yoldaşı jurnalistlərə xəlvətcə bildirib ki, həyatından heç də məmnun deyil, gün ərzində 1 dəfə normal nəsə yeyirlər, ən yaxşı halda 2 dəfə. Deyir Musayla evlənəndə xəbəri yox idi ki, bunun artıq 2 arvadı var, bilsəydi “yox” deyərdi. Sonra taleyiylə barışıb, Musa da sevincək gedib 9-ca dəfə də evlənib. Soruşanda ki, səncə, o biri həyat yoldaşların niyə atıb getməyiblər səni, deyir: “Sevirlər məni. Baxın necə xoşbəxtdirlər”.

4000 əhalisi olan kənddə yaşayır bu ailə. Kənd rəhbərliyi Musa və onun ailəsindən çox razıdır. Çətinliklərə baxmayaraq Musanın uşaqlarına yaxşı tərbiyə verdiyini deyirlər. Qeyd edirlər ki, hələ indiyədək onlardan şikayət olmayıb.

Uşaqların yaşı 10-50 arasındadır. Ən axırıncı həyat yoldaşının 35 yaşı var. Musa da ancaq ilk və sonuncu övladlarının adlarını yadında saxlaya bilib. Anaları olmasa müəyyən edə bilmir kim kimdir. Heç həyat yoldaşlarının da hamısının adları yadında qalmır. Bu işdə ona məktəb müəllimi işləyən 30 yaşlı oğlu yardımçı olur. Ailədaxili məsələlərlə bağlı aylıq iclaslar keçirir.

Hal-hazırda da işsizdir. Qazancı ancaq onu ziyarət etməyə gələn turistlərin hesabınadır.

102 uşaqdan sonra övladları deyiblər ki, papa, bəsdi də. Ondan sonra həyat yoldaşları arzuolunmaz hamiləlikdən qorunmaq üçün vasitələrdən istifadə etməyə başlayıblar. Musa da deyir ki, day tövbəliyəm, bütün bunlar mənə dərs oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir