Bərbər xalqı barədə eşitməmiş olmazsız. Dillərini başa düşmədiklərinə görə o vaxt bu adı onlara fransızlar veriblər. Amma onlar özlərinə amaziq deyirlər, yəni “azad insan”. Şimali Afrikanın bu xalqı Misirin qərb sərhədlərindən başlayıb, ta ki Atlantik okeanının sahilinə kimi ərazidə məskunlaşıblar. Sayları da bəzi mənbələrə görə 20 milyonadəkdir.

Finikiyalıların əlifbasından da əvvəl yaranan çox marağlı əlifbaları var (nümunə: ⴰⵛⵏⵢⴰⵍ ⴰⵎⴰⵣⵉⵖ). Mərakeşin özündə əksər yerlərdə ərəb, fransız dili ilə yanaşı, amaziq dilində də yazılar görmək olar.

Özlüyündə Şimali Afrikanın ən qədim xalqlarındadırlar. Hətta belə bir iddia var ki, qədim amaziq sivilizasiyası Qədim Misirin inkişafına da böyük təkan verib. O zamanlar amaziqlərin bir neçə dövləti olub. Özü də həmin dövlətlərin sərhədləri müasir dövrümüzdə həmin ərazilərdə yerləşən dövlətlərin sərhədləri ilə (Tunis, Mərakeş) demək olar ki, eynidi.

Ərəb işğalı amaziqlərin mədəniyyətinə qismən təsir etsə də, sonuncular öz adət-ənənələrini, geyimlərini, xalq rəqslərini, folklor və s. qoruyub saxlayıblar. İndi çox hissəsi ərəb dilində danışır, amma amaziq dilini bilənlər də var.
Zineddin Zidan, Isabelle Adjani, Edit Piafın kökləri bu xaqlardandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir