Afrika

ƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ

📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)

Quşlar müxtəlif olur. Amma bu Rüppel kərkəsi tam başqa aləmdir. Yer kürəsində həmquşları arasında ən hündürdə uçanını təsəvvür edin. Etdiz? Bax, bu, həmin Rüppel kərkəsidi. Mütəxəssislər onun 11277, 12150 metr hündürlükdə var-gəl etdiyinin şahidi olublar. Təyyarələrə meydan oxuyanlar da bunlardır. Əslində, təyyarənin turbininə kəllə atsa, bu, böyük xoşagəlməzliklə də nəticələnə bilər. Bu kərkəs ancaq şimali və şərqi Afrikada yaşayır, ona görə də təyyarələrə tez-tez sataşma imkanları yoxdur.

🦅 Normalda pərvazlandığı hündürlük 6000 metr, sürəti isə saatda 35 km-dir. Qida həsrətiylə gün ərzində 6-7 saat uça bilir.

🦅 Alimlər qana bilmir ki, necə olur Rüppel kərkəsləri bu fason hündürlükdə uçurlar, amma onlara nə günəş şüaları mənfi təsir göstərir, nə hündürlükdəki aşağı temperatur? Seyrək havanı necə olur veclərinə də almırlar? Yəni bu quş mütəxəssilər üçün əməllicə sirr olaraq qalmaqdadır.

🦅 Çox özünəməxsus zahiri görünüşü var. Ağ ləkəli qara qanadları olur. Eyni ləkələrdən sinəsində və qarnında da var. Çox vaxt dağlıq yerlərdə rast gəlinirlər, ona görə də əyin-başları tam landşafta uyğundur.

🦅 Bədən ölçüləri 65-85 sm, çəkiləri 5-9 kq. Dişi kərkəs 1-2 yumurta sahibəsi olur ki, sonradan da övrətiylə birgə onların qayğısına ailə podrat üsuluyla qalırlar.

🦅 Leşlə qidalanırlar. Özü də o qədər görməmişdirlər ki, çox vaxt malcan yeyəndən sonra hətta uçmağa da heyləri qalmır.

🦅 Hündür dağlarda kiçik qrup şəklində yuva qurub, elə oradaca gecələyirlər. Qida axtarışına təkbaşına ya qonum-qonşuyla çıxırlar. Bəzən 10-1000 fərddən ibarət olan koloniyalar təşkil edə bilirlər.

🦅 Arada biçarələri ekvator ərazisində yaşayan insanlar tutub, onların bəzi hissələrindən müalicə məqsədi ilə istifadə edirlər.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir